BEYNƏLXALQ MUZEYLƏR GÜNЬ ALMANİYADA YÜKSƏK SƏVİYYƏDƏ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Beynəlxalq Muzeylər Günü Almaniyada da yüksək səviyyədə bayram edilmişdir. Almaniya federal hökumətinin qərarı ilə mayın 16-da ölkənin bütün ərazisindəki 6000-dən artıq zəngin muzeylər, şəkil qalereyaları, adları dünya tarixində əbədiləşən görkəmli şəxsiyyətlərin ev-muzeyləri və digər mədəniyyət ocaqları öz qapılarını on minlərlə sənət sevərin, incəsənət həvəskarının üzünə 24 saat açıq saxlamışdır.
Muzeylərə giriş, sənət abidələrinə baxış zamanı izahlı müşayiət xidmətləri, o cümlədən muzeylərarası sərnişin daşımaları pulsuz təşkil olunmuşdur. İncəsənət ustaları, uşaq özfəaliyyət qrupları muzeylərin qarşısındakı meydanlarda açıq səma altında konsert proqramları ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]