Beynəlxalq turnirin qalibi olan Azərbaycan boksçusu: Layiqli qələbə qazandım
Bakı, 15 aprel, AZƏRTAC
"Finalda tam üstünlüklə qalib gəldim".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən Böyük İpək Yolu beynəlxalq turnirində qızıl medal qazanan Azərbaycan boksçusu Nicat Hüseynov deyib.
51 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı nəticəsinə görə xoşbəxt olduğunu bildirib: "Müvafiq olaraq, qazaxıstanlı , tacikistanlı və rusiyalı idmançılara qalib gəldim. Layiqli qələbə qazandım. Üzərimdə əziyyəti olan məşqçilərimə təşəkkür edirəm. Ümid edirəm ki, növbəti beynəlxalq yarışlarda da qızıl medal qazanaram".
Qeyd edək ki, yarışda 9 ölkənin – Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan boksçuları mübarizə aparırlar. Azərbaycan bu yarışda kişilər arasında 47, qadınlar arasında isə 11 boksçu ilə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]