Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri İqtisadiyyat Nazirliyində olub
Bakı, 1 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Çad Steynberqlə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda həyata keçirilən antiinflyasiya tədbirləri, milli prioritetlər, 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası, dövlət müəssisələrində idarəetmənin, həmçinin sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Tərəflər Azərbaycanın makroiqtisadi göstəriciləri və qarşıdakı dövr üçün proqnozlar, aparılan islahatlar, qlobal çağırışların iqtisadiyyata təsirləri barədə fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:02]
Azərbaycanda mobil internetin sürəti 31 faizədək artıb
- 16.06.2026 [16:01]