Bibiheybət qəsəbəsindəki “Ekoloji park”da 75 min yeni ağac əkilib
Bakı, 25 fevral, AZƏRTAC
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Bibiheybət qəsəbəsindəki “Şıx” ərazisindəki dağ massivində “Ekoloji park”ın yaradılması işləri çərçivəsində 29 hektar ərazidə 75 min ədəd yeni ağac əkilib.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, parkın ərazisində 1 hektar sahədə püstə bağı da salınıb.
Həmçinin Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində qanunsuz zəbt olunaraq hasarlanmış torpaq sahələrinin hasarları sökülüb, burada 4,8 hektar sahədə 5000-nə yaxın zeytun ağacı əkilərək böyük bağ salınıb.
Eyni zamanda, şəhər mərkəzindəki parklarda və əsas yolların kənarlarında abadlıq işləri davam etdirilib.