SİYASƏT
Bildirişlərin seçicilərə paylanması başa çatır
Bakı, 31 yanvar, AZƏRTAC
Milli Məclisə seçkilərlə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması müddəti sabah başa çatır.
AZƏRTAC Secki-2020.az saytına istinadla xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.
Belə ki, Tədbirlər Planına əsasən, fevralın 2-dək səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin məntəqə seçki komissiyaları tərəfindən seçicilərə paylanması başa çatmalıdır.
Qeyd edək ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.