BİLƏSUVARDA RAYON ƏHALİSİNİN 3 İLLİK EHTİYACI QƏDƏR TAXIL YIĞILMIŞDIR
Biləsuvar, 11 avqust (AZƏRTAC). Bu mövsümdə Biləsuvarda 31 min 391 hektar sahədən 90 min 650 ton taxıl yığılmış, zəmilərin hər hektarından, orta hesabla 29 sentner məhsul götürülmüşdür.
Rayonun Ağayrı, Çinarlı, Aranlı, Aşağı Cürəli, Bəydili, Nəsimi kəndlərində və Biləsuvar şəhərində isə məhsuldarlıq daha yüksək - 30-32 sentner olmuşdur.
Cari ilin aprelində aparılan siyahıyaalmanın nəticəsinə görə, rayon əhalisinin sayı 88 min nəfərdir. Əhalinin hər bir nəfərinə 1.031 kiloqram taxıl düşür. Mövcud taxıl ehtiyatı rayon əhalisinin 3 illik ehtiyacı qədərdir.
Ağalıkənd, Təzəkənd, Yuxarı Cürəli, Aşağı Cürəli, Çinarlı, Aranlı, Dəvrişli, Nəsimi, Nərimankənd və Səmədabad kəndlərində bu göstərici daha yüksəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]