Bilişim Vadisi ilə AzTU arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
Bakı, 6 mart, AZƏRTAC
Bilişim Vadisinin baş icraçı direktoru Erkam Tüzgenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə AzTU-da fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”ya üzv olan rezident şirkətlər, burada görülən işlər, startap yarışmaları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.