BİNƏQƏDİ RAYON GƏNCLƏRİNİN TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da Binəqədi rayonunda gənclərin Azərbaycan Gənclərinin V Forumuna hazırlıq çərçivəsində növbəti toplantısı keçirilmişdir.
Tədbirin əvvəlində “Azərbaycan gəncləri” adlı film nümayiş etdirilmişdir.
Sonra rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə məlumat vermişdir. İdarə rəisi demişdir ki, “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” əsasında bir sıra tədbirlər planı hazırlanıb həyata keçirilmişdir. Yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, asudə vaxtın səmərəli təşkili, gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə olunması, məktəblilər arasında hərbi idman oyunlarının keçirilməsi məhz belə tədbirlərdəndir. Bundan əlavə, uşaq futbolunun inkişafı ilə bağlı məhəllələrarası futbol turnirləri təşkil olunmuş, narkomaniya və QİÇS-ə qarşı mübarizə tədbirləri görülmüşdür. Hesabat dövründə rəsm sərgiləri, Heydər Əliyev irsinin öyrənilməsi və təbliği məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev vurğulamışdır ki, ölkəmizdə aparılan çoxşaxəli islahatlar idmanın da inkişafına güclü təkan vermiş, respublikanın bölgələrində beynəlxalq standartlara uyğun olimpiya idman kompleksləri və meydançalar tikilmişdir. Rayonda gənc nəslin sağlam böyüməsi, təhsili, idmanla məşğul olması üçün hər cür şərait yaradılmışdır.
Tədbirin sonunda Azərbaycan Gənclərinin V Forumuna nümayəndələr seçilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]