Biologiya və tarix fənləri üzrə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə edilib
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə işçi qrupların iclası keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iclasda biologiya fənnindən IV ixtisas qrupu, tarix fənnindən isə II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə edilib.
Müzakirələr nəticəsində imtahan modelində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan sxem, qrafik, cədvəl formalı tapşırıqlara üstünlük verilib. Həmçinin Eyler-Venn diaqramı və klasterdən istifadəyə, situasiya və mətnə aid tapşırıqların elmi metodiki xüsusiyyətlərinə xüsusi diqqət yetirilib.
İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər irəli sürülüb.
Qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının 1 ci nömrəsində dərc ediləcək.
İşçi qrupun növbəti iclası dekabrın 2-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]