Azərbaycan Dövlət İnformasiya Agentliyi

BİR GECƏNİN İÇƏRİSİNDƏ YERLƏ-YEKSAN EDİLMİŞ ŞƏHƏR

Bakı, 12 yanvar (AZƏRTAC). 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır. Həmin gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşmiş, komanda və şəxsi heyətinin əksəriyyəti ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etmişlər.

Xatın, Liditsa, Oradur soyqırımları kimi, Xocalı faciəsi də insanlıq tarixinə yazılan qanlı hadisədir. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoydu, 487 nəfər yaralandı, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyindən isə hələ də xəbər yoxdur.

Xocalıda törədilmiş vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyildir. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilmiş, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir.

Vaxtilə Xocalı faciəsi dünya mətbuatında geniş işıqlandırılmışdır.

“Krua l`Eveneman” jurnalı (Paris), 25 fevral 1992-ci il: “Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu”.

“The Sunday Times” qəzeti (London), 1 mart 1992-ci il: “Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər”.

“The Times” qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”.

“İzvestiya” (Moskva), 4 mart 1992-ci il: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür”.

“Financial Times” qəzeti (London), 14 mart 1992-ci il: “General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbçisi Dağlıq Qarabağda qalmışdır”.

“Le Mond” qəzeti (Paris), 14 mart 1992-ci il: “Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır”.

“İzvestiya” (Moskva), 13 mart 1992-ci il: “Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü”.

R.Patrik, İngiltərənin “Fant men nyus” teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): “Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz”.

Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.

Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına görə, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

“Newsweek” jurnalı (ABŞ), 16 Mart 1992-ci il: “Ötən həftə Azərbaycan yenidən məzarlığa çevrilmişdir: qaçqınlar və kəsilmiş cəsədlər məscidin arxasında meyitxana kimi uzanırdı. Bunlar erməni hərbi birləşmələri tərəfindən 25-26 fevralda ələ keçirilmiş Dağlıq Qarabağın kiçik Xocalı yaşayış məntəqəsinin sadə azərbaycanlı kişiləri, qadınları və uşaqları idi. Bir coxları qaçmağa çalışarkən yaxından atılan güllə ilə öldürülmüş, bəzilərinin üzləri qəddarcasına əzilmiş, digərlərinin isə skalpı çıxarılmışdır. Şəhidlərin ailələri göz yaşı axıdırlar”.

“Reuters” agentliyinin fotoqrafı Frederix Lenqeyn: “Birinci maşında mən 35 meyit saydım, ikincidə isə meyitlərin sayı bundan çox idi. Bəzilərinin başları kəsilmiş, çoxları isə yanmışdı …”

“The Sunday Times” qəzeti (London), 1 Mart 1992-ci il: “Tomas Qolts: Sağ qalan azərbaycanlılar danışırlar ki, erməni əsgərləri 450-dən çox azərbaycanlını güllələyib, süngüdən keçiriblər. Onların əksəriyyəti qadın və uşaqlar olub, Yüzlərlə, bəlkə də minlərlə insan itkin düşüb və ya həlak olub. Dünən axşam Ağdamın meyitxanasında 579 ölü qeydə alındı. 29 meyit qəbiristanlıqda basdırılmışdı. Dəfn mərasimi gözlənilən yeddi meyitin ikisinin uşaq, üçünün isə qadın olduğunu gördüm. Onlardan biri yaxın məsafədən sinəsindən güllə yarası almışdı. Ağdam xəstəxanasında dəhşətli mənzərə yaranmışdı. Həkimlər qırğından qaçan 140 xəstənin əksəriyyətinin güllə yarası aldığını bildirirdilər...”

“The Sunday Times” qəzeti (London), 8 Mart 1992-ci il: “Tomas Qolts: Ötən həftə bu yer xəritədən silindi. Dəhşətli xəbərlər Azərbaycanın sərhəd şəhəri Ağdama gəlir, meyitxanalar meyitlərlə dolurdu… Mən Qarabağa baş çəkən sonuncu qərb adamı idim. Yanvar ayı idi və insanlar uğursuz talelərini əvvəlcədən görürdülər. Azərbaycanlı müdafiəçilər bir-bir həlak olurdular. Sağ qalanlar bildirirdilər ki, erməni qüvvələri bundan sonra amansız qırğına başladılar, tərpənən hər şeyə atəş açırdılar. Bəziləri qəzəblərini xaricilərə bildirirdilər: “Hanı mənim qızım, hanı mənim oğlum?”, - deyə analar ah-nalə edirdilər. Zorlanmışdır. Doğranmışdır. İtkin düşmüşdür”.

“The Times” qəzeti (London), 2 Mart 1992-ci il: “Anatoli Liven: Biz qarla örtülmüş Dağlıq-Qarabağ təpəliklərinə endikcə, cəsədlərin hər tərəfə yayıldığını gördük. Açıq-aydın görünürdü ki, insanlar xilas olmaq üçün qaçarkən güllələnmişlər...”.

“The Times” qəzeti (London), 3 Mart 1992-ci il: “Anatoli Liven: Dağlıq-Qarabağın təpəliklərinə səpələnmiş qadın və uşaqlardan ibarət 60-dan çox meyit erməni qoşunlarının dinc azərbaycanlı əhalisinin qətlə yetirdiyi barədə bəyanatları təsdiqləyir. Yüzlərlə insan itkin düşüb. Təpəliklər və kiçik vadi boyu qurumuş otların üzərinə səpələnmiş Azərbaycan qaçqınlarının cəsədləri ötən çərşənbə erməni hərbçilərinin törətdikləri qırğından xəbər verir...”.

“The Times” qəzeti (London), 4 mart 1992-ci il: “Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır”.

“Channel 4 News” televiziyası (Böyük Britaniya), 2 Mart 1992-ci il: “2 fransız jurnalisti mülki geyimdə olan 32 qadın, kişi və uşaq meyiti görüb. Onların əksəriyyəti 1 metrdən də yaxın məsafədən başlarından güllələnib”.

“Boston Sunday Globe” qəzeti (ABŞ), 21yanvar 1993-cü il: Globe əməkdaşı Con Auerbax: “Palçıqlı qaçqın düşərgəsindəki qorxmuş uşaqlar, nalə çəkən analarla dolu yük maşınları, qorxudan sifəti ağarmış insan dənizi, minlərlə azərbaycanlı sual yaradır: nə üçün onlar burada sığınacaq axtarırlar. Gördüklərimiz - onların yolu üstündəki hər bir kəndin sistematik olaraq dağıdılmasının nəticəsidir. Bu bizim gördüyümüz ən nifrət doğuran hadisədir…”.

“The Age, Melbourne” qəzeti (Avstraliya), 6 Mart 1992-ci il: “Helen Vomak: Qurbanların dəqiq sayı bəlli deyil, lakin şübhə edilmir ki, ötən həftə Dağlıq Qarabağın qarlı dağlarında Azərbaycanın Xocalı kəndinin mülki əhalisi erməni ordusu tərəfindən qətlə yetirilib. Ağdam şəhərində sığınacaq tapmış Xocalı qaçqınları ermənilərin 25 fevralda onların evlərinə necə hücum etdiklərini və meşələrə qaçaraq gizlənənləri izləyib öldürdüklərini ətraflı danışırlar. Ağdama çərşənbə axşamı çatanda təzə qazılmış 75 qəbir və eybəcər hala salınmış dörd cəsədi məsciddə gördük...”.

“The Washington Post” qəzeti (ABŞ), 28 Fevral 1992-ci il: “Qaçqınlar bildirirlər ki, yüzlərlə insan erməni hücumu zamanı həlak olub. Bu gün 7 meyit tapılıb, onların ikisi uşaq və üçü qadın idi, biri yaxın məsafədən sinəsindən güllələnmişdi. Digər 120 qaçqın Ağdam xəstəxanasında ağır yaralarla müalicə olunur”.

“The Washington Times” qəzeti (ABŞ), 2 Mart 1992-ci il: “Erməni hücumu zamanı yüzlərlə azərbaycanlı öldürüldü və ya itkin düşdü. Təxminən 1000 Xocalı sakini çərşənbə axşamı erməni ordusu tərəfindən qətlə yetirildi. Azərbaycan televiziyası Xocalı ərazisindən gətirilən meyitlərlə dolu yük maşınlarını göstərdi”.

“The İndependent” (London), 29 fevral 1992-ci il: “Helen Uomak - “Röytersin Ağdamdakı müxbiri Elif Kaban bildirir ki, mülki əhalinin dünənki kütləvi qırğınından sonra azərbaycanlılar Xocalı şəhərinə ermənilərin hücumu zamanı həlak olmuş insanları dəfn edirdilər. “Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə sadəcə izləyirsiniz, - deyə adamlardan biri bir qrup jurnalistə qışqırıb”.

“Nie” qəzeti, (Bolqarıstan), Violetta Parvanova: “Xocalı insanlığın faciəsidir”.

“BBC Morning News” 3 Mart 1992-ci il, saat 07.37 yayımında vəziyyəti belə əks etdirmişdir: “Hadisə yerində olan müxbirimiz 100-dən çox azərbaycanlı kişi, qadın və uşaq cəsədlərini gördüyünü və bunların başlarına yaxın məsafədən atəş açılaraq öldürüldüyünü xəbər verir”.

Xocalı faciəsinin şahidi olan və sonra Livanın paytaxtı Beyrutda məskunlaşan erməni jurnalist Daud Kheyriyan, “For the Sake of Cross” (Xaçın xatirinə) adlı kitabında (səhifə: 62-63) yazır: “...ölülərin yandırılması ilə məşğul olan bir dəstə erməni martın 2-də Xocalının 1 kilometr qərbində yerləşən bir əraziyə 100 azərbaycanlının meyitini gətirib yığdı. Axırıncı yük maşınında gətirilən ölülərin içərisində 10 yaşlı bir qız uşağı gördüm. Başından və əlindən yaralanmışdı. Sifəti göyərmişdi. Soyuğa, aclığa və yaralanmasına baxmayaraq, hələ də yaşayırdı. Çox çətin nəfəs ala bilirdi. Gözlərini ölüm qorxusu sarmışdı. Həmin vaxt Tiqranyan adlı bir əsgər qızı tutub cəsədlərin üzərinə atdı. Sonra bütün cəsədləri yandırdılar. Mənə elə gəldi ki, yanan cəsədlərin içərisində bir nəfər bağırır. Heç nə edə bilmədim. Sonra mən Şuşaya gəldim. Onlar Xaçın xatirinə savaşa davam etdilər”.

Bu gün sənədlərdə Xocalı soyqırımı şahidlərinin ifadələri də vardır.

Heydərov Camal Əbdülhüseyn oğlu: “Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitlər isə tikə-tikə doğranmışdır”.

Heydərov Şahin Zülfuqar oğlu Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyit görmüşdür. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdir. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olmuşlar.

Hümbətov Cəlil Hümbətəli oğlu. Ermənilər onun gözü qarşısında həyat yoldaşı Füruzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişlər.

Paşayeva Kübra Adil qızı Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdür. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şura Tapdıq oğlunun, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olmuşdur.

Əmirova Xəzəngül Təvəkkül qızı. Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşlər. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar.

Əliyeva Zoya Əli qızı 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donub ölmüşlər.

Mustafayeva Kübra Əliş qızı: “Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələdilər”.

Kərimova Səidə Qurban qızı: “12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər”.

Nəcəfov Əli Ağami oğlu: “Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər”.

1994-cü ildən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görmüşdür. Hazırda bu iş Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Xocalı həqiqətlərini əks etdirən çoxsaylı bukletlərin, videomaterialların dünya ölkələrində yayılmasında Heydər Əliyev Fondunun xüsusi rolu vardır.

Azərbaycan Milli Məclisi hər il fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Həmin gün bütün Azərbaycan Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.

Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır.

Beynəlxalq hüquqa görə, soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən Soyqırımı cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Bu işğalçı ölkənin yürütdüyü terrorçuluq siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir.

BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ də yerinə yetirmir.

Doğma yurdlarından didərgin düşmüş Xocalı sakinləri bu gün dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş soyqırımını pisləmək barədə müraciətlər edirlər.

XX əsrin ən qanlı faciələrindən olan Xocalı soyqırımını törədənlər layiq olduqları cəzanı almalıdırlar. Tarix heç nəyi unutmur.

 

Xalid Məmmədov
AZƏRTAC-ın müxbiri
 

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib