Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir istefa haqqında: Con Bolton hansı səbəblərdən işdən uzaqlaşdırıldı?

Bir istefa haqqında: Con Bolton hansı səbəblərdən işdən uzaqlaşdırıldı?

Son günlər dünya mətbuatı ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun vəzifəsindən getməsi məsələsini müzakirə edir. Ekspertlər bu hadisənin səbəblərini tapmağa çalışır. Bir istefaya bu qədər maraq göstərilməsi təsadüfi deyil. Söhbət dünyanın ən qüdrətli dövlətinin xarici və təhlükəsizlik siyasətində mühüm rol oynayan şəxsdən gedir. C.Bolton son üç ildə Donald Trampın üçüncü müşaviri idi. Ona qədər həmin vəzifədə çalışanlardan bir qədər artıq işləyə bildi. Lakin nəticə baxımından öz sələflərindən elə də fərqlənmədi. Əksinə, qəfil işdən getməsi ilə daha çox sual yaratdı. Ekspertlərin irəli sürdüyü fikirlər kontekstindən C.Boltonun vəzifədən uzaqlaşdırılmasının geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac gördük.

Fikir ayrılığı dərinləşir?

Ekspertlər Con Boltonun Şərqi Avropa turnesinin müəmmalı tərəflərini analiz etməkdə ikən, onun özünün "müəmmalı" olaraq işdən çıxarılması informasiyası yayıldı. Prezident Donald Tramp sentyabrın 9-da "Tvitter" səhifəsi vasitəsilə bildirdi ki, milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonu işdən azad edib. Səbəb isə bir sıra məsələlər üzrə kəskin fikir ayrılığının olması ilə bağlıdır. Əlbəttə, həmin məsələlər təhlükəsizlik sahəsinə aiddir. Ancaq konkret olaraq onlardan hansına və ya hansılara görə C.Bolton vəzifəsindən getməli olub, bu, izah edilmir.

Əslində, ekspertlər bütövlükdə fikir ayrılığının bağlı ola biləcəyi məsələləri təxmin edirlər. Bu sırada Əfqanıstan, İran, Rusiya, Şimali Koreya, Venesuela və Yaxın Şərq göstərilir. Yəni Avropa istiqamətindən narazılığın olduğu təxmin edilmir. Çin məsələsi ilə bağlı da hansısa konkret detal göstərilmir. Belə çıxır ki, D.Trampla C.Bolton arasında mövqe fərqliliyi Amerikanın ciddi problemlərinin olduğu istiqamətlərdə nə dərəcədə sərt davranması ilə əlaqəlidir. Məsələnin bu cür qoyuluşunun öz səbəbləri vardır. Ekspertlər əmindirlər ki, D.Tramp ilə C.Boltonu birləşdirən məqam xarici siyasətdə sərt və radikal addımlar atmaqla bağlıdır. Təcrübə göstərir ki, D.Tramp əksər hallarda kifayət qədər radikal davrana bilir. Lakin D.Tramp həm də yeri gələndə geri çəkilməyi də bacarır. Məsələn, o, ticarət mübahisəsini real hərbi toqquşmaya çevirmir. İran məsələsində də son anda hərbi əməliyyatlardan çəkindi.

Bundan başqa, D.Tramp Əfqanıstandan, Suriyadan hərbi qüvvələri çıxarmaqla bağlı qərar qəbul etsə də, bunların da qarşısını Ağ Evdəki və Pentaqondakı "qırğılar" hər dəfə alıblar. Görünür, bu kimi səbəblərdəndir ki, D.Tramp milli təhlükəsizlik üzrə müşavirlərini tez-tez dəyişməli olur. Son üç ildə o, üç müşavir dəyişib. Maykl Flinn cəmi bir ay (yanvar-fevral 2017-ci il), Herbert Makmaster isə bir ildən bir az çox işlədi (fevral, 2017 - aprel, 2018). C.Bolton həmin vəzifədə 2018-ci ilin aprelindən 2019-cu ilin sentyabrına qədər oldu. Maraqlıdır ki, hər üç müşavir üçün təxminən eyni fikirləri deyirlər - təhlükəsizliyin bir sıra istiqamətlərilə bağlı Prezidentlə fikir ayrılığı. ABŞ-ın xarici siyasətinin geosiyasi aspekti ilə əlaqəli maraqlı cəhət də bununla bağlıdır.

D.Tramp milli təhlükəsizlik məsələsində müşavirləri ilə niyə ümumi dil tapa bilmir? Görünür, burada Amerika üçün mürəkkəb bir dönəmdən söhbət gedir. Vaşinqtonun xarici siyasətdə düzəlişlər etmək məcburiyyəti qarşısında qaldığı hiss edilir. Çünki dünya artıq onu birmənalı surətdə lider kimi qəbul etmir. Ona alternativ ola biləcək güclər meydana çıxıb. Belə görünür ki, Amerika üçün buna qarşılıq optimal xarici siyasət kursu ilə bağlı hakimiyyət dairələrində konsensus yoxdur.

Bunun konkret təzahürlərindən biri "Taliban"la aparılan danışıqlar ətrafında özünü göstərib. Ekspertlərin rəyinə görə, son anda "Taliban" hərəkatı ilə imzalanmalı olan sənəddən vaz keçilməsində C.Boltonun rolu olub. O, açıq şəkildə "Taliban"la aparılan danışıqların əleyhinə olub. D.Tramp isə bütün gücü ilə bu təşkilatla anlaşıb, Əfqanıstanda yeni mərhələni başlatmağa çalışır.

Digər məsələ kimi İran göstərilir. C.Bolton İranla hər hansı anlaşmaya qarşıdır. O, Tehranın "cəzalandırılması"na üstünlük verir. Şimali Koreya məsələsində də C.Boltonun kifayət qədər sərt mövqe tutduğu bildirilir. Nəhayət, maraqlıdır ki, C.Bolton bir neçə dəfə BMT-nin yararsızlığını da ifadə edib. O, bu təşkilatın heç bir iş görmədiyini və çoxmərtəbəli binanı zəbt etdiyini açıq deyib. Fikrinə davam edərək ifadə edib ki, əgər həmin binanın mərtəbələri boşalsa, elə bir dəyişiklik olmayacaq, dünya ziyana düşməyəcək.

Yeniləşmənin ziddiyyətləri

Belə görünür ki, C.Bolton kifayət qədər sərt mövqeli siyasətçidir. Bəs onda D.Tramp nəyə görə onu özünə müşavir seçmişdi? Məsələnin maraqlı tərəfi bundan ibarətdir. Bu hal Amerika siyasi elitasında əksər məsələlər üzrə fikir ayrılığının dərinləşməsini göstərmirmi? Ekspertlər, əslində, bu fikrin üstündə dayanırlar. Onlar belə hesab edirlər ki, C.Boltonun istefası şəxsi münasibət məsələsi ilə bağlı deyil. Burada bütövlükdə ABŞ hakimiyyət dairələrində getdikcə mövqe fərqliliyinin artması əsas səbəbdir. Xüsusilə Rusiya və Çin məsələsində bu tendensiya özünü daha qabarıq göstərir.

Rusiyanın Amerikadakı seçkilərə müdaxiləsi ilə bağlı səs-küy səngimir. Aparılan təhqiqatlar bir nəticə verməsə də, yenə də siyasilər bu məsələdən bəhs edirlər. D.Trampın Rusiyanı G7-yə dəvət etmək istəyində olmasına da bir sıra hallarda məhz bu kontekstdə qiymət verməyə çalışırlar. Ancaq D.Trampın bu təklifi Rusiyanı Çindən ayırmaq məqsədi ilə verdiyi məlumdur. Belə görünür ki, Amerika iqtidarında fikir birliyinə nail olmaq xeyli çətinləşib. C.Boltonun Şərqi Avropaya səfəri və "Taliban" ilə aparılan danışıqlar fonunda vəzifədən getməsi isə Vaşinqtonun uğurlu addım ata bilmədiyi təəssüratını yaradır. Ən azından bu istiqamətlərdə problemlər kifayət qədərdir. Əks halda, C.Bolton indi başqa səfərə hazırlaşırdı.

Belə bir vəziyyət özlüyündə qlobal geosiyasətdə silkələnmələr ehtimalından xəbər verir. Çünki hiss olunur ki, Vaşinqton məqsədlərinə nail ola bilmir və necə nail olmaq haqqında da konkret təsəvvürü yoxdur. Dünyanın ən güclü dövlətində bu cür qeyri-müəyyənliyin olması təhlükəli tendensiyadır. Digər tərəfdən, dünyanın başqa böyük gücləri bundan daha da ruhlana və Amerikanın apardığı siyasi kursa müqavimətini daha da artıra bilərlər. Bu, qlobal miqyasda ümumi vəziyyətin daha da mürəkkəbləşəcəyini istisna etmir.

Maraqlıdır ki, C.Bolton Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi - Breksitlə bağlı ciddi proseslərin getdiyi bir mərhələdə işdən uzaqlaşdırıldı. Londonun bununla hansı bağlantısının olduğu haqqında bir informasiya yoxdur. Lakin ekspertlərə görə, söhbət, ümumiyyətlə, Avratlantik məkanının gələcəyi ilə əlaqəli ola bilər. Son vaxtlar Pakistanla Hindistan arasında münasibətlərin gərginləşməsi fonunda Avratlantik məkanı və Asiya mövzusu aktuallaşır. Bu kontekstdə də Böyük Britaniyanın Qərb siyasətində mövqeyi önəm kəsb edir. Məhz həmin aspektdə də Böyük Britaniyanın Baş Naziri Boris Consonun mövqeyinin zəifləməsi düşündürücü görünür. Məlumdur ki, D.Tramp onu dəstəkləyir. Deməli, C.Bolton bu istiqamətdə də kifayət qədər səmərəli çalışmayıb.

Başqa bir çətinlik Venesuela ilə əlaqəlidir. C.Bolton Venesuelaya qarşı sərt hərbi müdaxilə tələb edirdi. D.Tramp isə Latın Amerikası qitəsində ABŞ üçün mürəkkəb hərbi situasiya yaratmağı riskli hesab edir. O, belə məqamlarda daha çevik diplomatiyaya üstünlük verir. Aydındır ki, bu, C.Boltonun stili deyil.

Nəhayət, C.Boltonun istefasından bir qədər sonra İsrailin Baş Naziri Binyamin Netanyahunun dünyanı silkələyən bəyanat verməsi maraq doğurur. O, Knessetə seçkilərdən sonra İsrailin müstəqilliyini İordan vadisinədək yayacağını deyib. Beynəlxalq aləm bundan narahatlığını bildirib. Çünki belə bir davranış zəncirvarı olaraq başqa regionlarda da problemlər yarada bilər.

Beləliklə, bu qənaətə gəlmək olar ki, C.Boltonun işdən uzaqlaşdırılması Vaşinqtonun xarici siyasət kursunda mövcud olan ümumi problemlərlə bağlı ola bilər. Yəni onu ancaq C.Boltonun mövqeyi ilə əlaqələndirmək yarımçıqlıqdır. Bu səbəbdən C.Boltonu kimin əvəz edəcəyi maraqlıdır. Yeni milli təhlükəsizlik müşavirinin vəziyyəti köklü surətdə dəyişəcəyinə inanmaq çətindir. Əslində, həmin vəzifənin səlahiyyəti də nəyisə dəyişməkdən ibarət deyil. O, əsas olaraq Prezidentin yeritdiyi siyasəti səmərəli həyata keçirmək və dövlət başçısına milli təhlükəsizliklə əlaqəli təkliflər verməkdir.

Bu səbəbdəndir ki, ekspertlər daha çox "yeni müşavir nə qədər vəzifədə qala biləcək?" kimi sual verirlər. Əslində isə geosiyasi kontekstdə daha maraqlısı başqa sualla bağlıdır. Konkret olaraq, D.Trampın xarici siyasətdə istədiyini yeni müşavir fəaliyyətində tam ifadə edə biləcəkmi? Və bu siyasət ABŞ-ı və onunla bərabər dünyanı haraya aparacaq?

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib