Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələr 27 faiz artıb
Bakı, 15 dekabr, AZƏRTAC
Doqquz ayda birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3,4 milyard dollar (27 faiz artım) olub.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 85,3 faiz təşkil edib. Yanvar-sentyabr aylarında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-509,7 milyon dollar) azalması cəlb olunmuş investisiya ilə (2 milyard 893,4 milyon dollar) kapitalın repatriasiyası (3 milyard 403,1 milyon dollar) arasındakı fərqdən formalaşır. Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 497,1 milyon dollar (18 faiz artım) təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]