Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birinci Avropa Oyunları: Azərbaycanın beynəlxalq nüfuzunu artıran növbəti təcrübə

Birinci Avropa Oyunları: Azərbaycanın beynəlxalq nüfuzunu artıran növbəti təcrübə

Azərbaycandakı xalq və hakimiyyət birliyi ilk Avropa Oyunları ilə əlaqədar xaricdən idarə olunan qarayaxma kampaniyasını iflasa uğratdı

Bakı, 24 iyun, AZƏRTAC

İlk Avropa Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq arenada növbəti mühüm uğurudur. 12-28 iyun tarixlərini əhatə edən ümumavropa tədbirini keçirməklə ölkəmiz həm də yüksək səviyyəli təşkilatçılıq potensialını nümayiş etdirdi. Cəmi iki il yarım ərzində Atıcılıq Mərkəzi, Su İdman Sarayı, Milli Gimnastika Arenası, Bakı Olimpiya Stadionu kimi nəhəng və müasir obyektlər də daxil olmaqla, ümumilikdə 21 idman qurğusu tikildi və yaxud əsaslı təmir olunaraq yarışlara hazır vəziyyətə gətirildi. Altı mindən çox idmançının yerləşdirilməsi, təminatı, yarışlara hazırlığı və digər məsələlərin həlli üçün Atletlər Kəndi yaradıldı. Birinci Avropa Oyunlarını işıqlandırmaq üçün ölkəmizə gələn minə yaxın jurnalistin də öz peşə borcunu lazımınca yerinə yetirmələri üçün tam şərait təmin edildi, bununla əlaqədar media kəndi formalaşdırıldı. Təsadüfi deyil ki, xarici jurnalistlər onlar üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər. Hətta Avropa Olimpiya Komitəsinin rəsmi şəxsləri də media nümayəndələrinin müsbət münasibəti baxımından Avropa Oyunlarının istisna xarakter daşıdığını bildiriblər.

Bir sözlə, Avropa məkanında ilk dəfə keçirilən bu yarışlara ev sahibliyi etmək üçün Azərbaycan ən yüksək səviyyədə təşkilatçılıq işləri görüb.

Oyunlar başlamazdan əvvəl dünya rekordu

Bu faktı Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də mətbuata açıqlamasında təsdiq edib. O, Təşkilat Komitəsi və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin qısa müddətdə böyük işlər gördüyünü, hələ Oyunlar başlamazdan əvvəl dünya rekorduna imza atdığını bildirib. Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos da Azərbaycanda mövcud olan və yaradılan idman infrastrukturunun yarışların yüksək səviyyədə keçirilməsinə imkan verdiyini diqqətə çatdıraraq birinci Avropa Oyunlarının bu istiqamətdə digər yarışlar üçün mühüm nümunə olacağını vurğulayıb. “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq isə ilk Avropa Oyunları ilə Azərbaycanın öz adını qitənin idman xəritəsinə yazdığını söyləyib. O da öz növbəsində ölkəmizin yarışlara yüksək təşkilatçılığını xatırladaraq Azərbaycanın bundan daha böyük yarışlara ev sahibliyi etməyə qadir olduğunu bildirib.

Dostluq və tərəfdaşlıq tədbiri

Təbii ki, bütün bu nailiyyətlər, əldə olunan uğurlar, Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi hər bir azərbaycanlını fərəhləndirir, ölkəmizi dünyaya daha da yaxından tanıdır. Çünki “Eurovision-2012” kimi, I Avropa Oyunları da ölkəmizin siyasi və iqtisadi potensialının, Azərbaycanın timsalında yeni tolerantlıq modelinin dünyaya təqdimatı oldu. Müxtəlif idman növlərinin ölkəmizdə təbliği, yeni nəsil idman mütəxəssislərinin formalaşması baxımından mühüm əhəmiyyətə malik olan I Avropa Oyunları həm də səmərəli sosial təbliğat vasitəsidir. Dünya Azərbaycanın təqdimatında güclü potensial, mükəmməl idman infrastrukturu, böyük beynəlxalq tədbirləri təşkil etmək təcrübəsinin şahidi olur. Bu baxımdan dünya mediası da, beynəlxalq mütəxəssislər də “Bakı-2015” yarışlarını böyük idman, həm də dostluq və tərəfdaşlıq tədbiri kimi qiymətləndirirlər.

Dünyanın idman dövlətlərindən biri

Deyilənlərə misal olaraq, yarışlarda iştirak etmək üçün Azərbaycana gələn idmançıların, eləcə də rəsmi şəxslərin ölkəmiz haqqında təəssüratlarını, yarışlar və təşkilatçılıq barədə fikirlərini qeyd etmək mümkündür. Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının nümayəndəsi Ruslan Medelbek I Avropa Oyunları barədə fikirlərini yerli media ilə bölüşərkən yarışlardan sonra ölkədə bütün Olimpiya növlərində sıçrayış müşahidə ediləcəyini bildirib. O, I Avropa Oyunlarının açılış mərasiminin Afina Yay Olimpiya Oyunlarının açılışından daha rəngarəng olduğunu qeyd edib. R.Medelbek Azərbaycanda Yay Olimpiya Oyunlarını qəbul etmək imkanlarının mövcudluğunu, I Avropa Oyunlarında jurnalistlər üçün zəruri şərait yaradıldığını xüsusi vurğulayıb. O deyib: “Azərbaycan sübut edib ki, ölkə artıq dünyanın idman dövlətlərindən birinə çevrilir”.

Azərbaycanın müasir Avropadakı yeri

Serbiya Olimpiya Komitəsinin vitse-prezidenti Jarko Paspal da Azərbaycan və I Avropa Oyunları Təşkilat Komitəsinin 27 ay ərzində böyük bir işin öhdəsindən gəldiyinə diqqət çəkib. O, Bakıda I Avropa Oyunlarının açılış mərasiminin son dərəcə gözəl olduğunu xatırladaraq bu mərasimin özündə Azərbaycan mədəniyyəti və adətlərini birləşdirdiyini söyləyib. Həmçinin bildirib ki, bu mərasim əyani şəkildə Azərbaycanın müasir Avropadakı yerini göstərir.

Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubkanın fikrincə, Bakıda keçirilən I Avropa Oyunları Avropa idmanının inkişafına təkan verəcək. O, Ukrayna nümayəndə heyəti ilə birlikdə Bakıda bütün yarış günləri ərzində möhtəşəm idman bayramına şahidi olduqlarını söyləyib. S.Bubka Azərbaycanın avropalı idmançılar üçün möhtəşəm imkanlar yaratdığını vurğulayıb.

Fransanın İdman və Olimpiya Komitəsinin prezidenti Denis Masseqlia isə Azərbaycandakı mövcud idman infrastrukturunun bu ölkəyə daha böyük miqyaslı idman tədbirlərini keçirməyə imkan verdiyini bildirib. O, francetvsport.fr saytına müsahibəsində deyib ki, 2016-cı və 2020-ci illər Olimpiya Oyunlarının iddiaçılarından olmuş Azərbaycan Avropa Oyunlarında əldə etdiyi uğurdan çıxış edərək yenidən Olimpiya Oyunlarına ev sahibliyi üçün şansını sınaya bilər. Onun sözlərinə görə, əgər ilk Avropa Oyunları gözlənilən nəticəni versə, Azərbaycan 2024-cü il Olimpiya Oyunları üçün iddiaçılardan ola bilər.

Olimpiya Oyunları ilə eyni səviyyədə təşkilatçılıq

Birinci Avropa Oyunlarında atletlər üçün yaradılan şərait barədə təəssüratlarını media ilə bölüşən əcnəbi idmançılar da təşkilatçılıqdan razılıqlarını xüsusi ifadə ediblər. Böyük Britaniyanın akrobatlardan ibarət qadın qrupunun üzvləri Cenifer Bailey, Jozefina Russel və Sisli İrvin I Avropa Oyunlarının onlar üçün böyük təcrübə olduğunu, bu yarışmanın Avropada idmanın inkişafına kömək edəcəyini deyiblər. Hər üç idmançı Azərbaycanın bu Oyunları yüksək səviyyədə təşkil etdiyini və atletlər üçün hər cür şəraitin yaradıldığını söyləyiblər. Britaniyalı idmançılar Avropa Oyunlarının onların karyerası üçün vacib olduğunu, yeni təcrübə qazandıqlarını bəyan ediblər. Polşanın qadın boksçusu Sandra Drabik də I Avropa Oyunlarında təşkilatçılığın, idmançıların qaldığı binaların, atletlərin qidalanmasının yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Rusiyalı gimnast, London Olimpiya çempionu, Bakıda I Avropa Oyunları çərçivəsində fərdi çoxnövçülük üzrə idman gimnastikasında qızıl medal qazanmış Aliya Mustafina da polşalı xanım boksçunun fikirlərinə şərik olduğunu vurğulayıb.

Suya tullanma yarışlarında Danimarkanı təmsil edən Andreas Larsen, idman gimnastikasında fərdi çoxnövçülük üzrə yarışların bürünc mükafatçısı olan Niderland idmançısı Lieke Vevers I Avropa Oyunlarının idmançılar üçün çox vacib olduğunu, Azərbaycanın bu yarışları çox gözəl təşkil etdiyini bildiriblər.

İsveçrəli gimnast Taha Serhani isə I Avropa Oyunlarının özü üçün çox gözəl təcrübə olduğunu deyib. Bildirib ki, bu yarışlar Olimpiya Oyunları ilə eyni səviyyədə təşkil olunub.

Mədəniyyətlərin qovşağı: Azərbaycan

İdmançıların müsbət rəyləri, Azərbaycan və yarışlar barədə qeyd olunan təəssüratlar rəsmi şəxslərin, jurnalistlərin, turistlərin də dilindən eşidilməkdədir. Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas Azərbaycanın I Avropa Oyunlarının açılış mərasimində möhtəşəm müasir şou təşkil etməsinin xüsusi bəyənildiyini vurğulayıb. Diplomat bildirib ki, tədbirdə ölkə tarixi yeni texnologiyalar vasitəsilə çox gözəl təqdim olunub. V.Lastauskas azərbaycanlı və litvalı idmançılara yarışlarda əldə olunan medalların sayına görə 1-ci və 2-ci yerləri bölüşməyi arzu edib.

Almaniya parlamentinin deputatı Andre Xan da Bakıda I Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini söyləyib. O, I Avropa Oyunlarının məhz Bakıda keçirilməsinə çox şad olduğunu dilə gətirərək idmanın siyasi alətə çevrilməsinin yolverilməz hal olduğunu bildirib.

Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili I Avropa Oyunları barədə fikirlərini bölüşərkən Azərbaycanın nəinki region, həmçinin bütün İslam ölkələri üçün nümunə olduğunu vurğulayıb. O deyib ki, Azərbaycanın I Avropa Oyunlarını keçirməsi ölkənin nikbin və aparıcı rolundan xəbər verir. Səfir 2017-ci ildə Azərbaycanda İslam Həmrəylik Oyunlarının da bu cür yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.

Avstraliyanın traveller.com.au internet jurnalının Avropa Oyunları üçün hazırda Bakıda olan əməkdaşı Ben Qroundvater isə Azərbaycan barədə təəssüratlarını qələmə alarkən ölkəmizin parlaq gələcəyə, sürətli inkişaf dinamikasına və təbii gözəlliyə malik olduğunu qeyd edib. O, Azərbaycanı mədəniyyətlərin qovuşuğu adlandırıb, Bakının tanınmış Avropa şəhərlərindən heç də geri qalmadığını vurğulayıb.

Etibarlı strateji müttəfiq

Ümumiyyətlə, bir sıra xarici qonaqların, həmçinin dövlət başçıları və hökumət rəhbərlərinin, tanınmış şəxslərin I Avropa Oyunlarının açılış mərasimində iştirakı bir daha təsdiqlədi ki, Azərbaycan dünyada tanınan və inkişaf edən müstəqil dövlətdir. Hər hansı xarici təşkilatın, media orqanının ölkəmizlə bağlı qərəzli mövqeyi Azərbaycanın dünyada yeri və roluna kölgə sala bilməz. Regionun mərkəzi ölkəsi olan Azərbaycan bu gün Avropada etibarlı tərəfdaş kimi qəbul olunur, onun enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Əslində, Oyunlar öncəsi start verilən qarayaxma kampaniyası da ölkəmizin artan nüfuzu ilə birbaşa bağlıdır. Hadisələrin gedişi də göstərdi ki, qərəzli dairələrin qarayaxma kampaniyasının əsasında dayanan faktorlardan biri də Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsidir.

Dünyanın idman elitasının etimadı

Beynəlxalq arenada ölkəmizin mövqelərinin daha da güclənəcəyindən təşvişə düşən bəlli dairələr Azərbaycanın uğurlarına, həmçinin Avropa Oyunlarının əhəmiyyətinə kölgə salmağa yönələn çirkin siyasət həyata keçirməyə cəhd göstərdilər. Lakin Azərbaycan cəmiyyətinin, ölkənin vətəndaş cəmiyyəti institutlarının, vətənpərvər azərbaycanlıların mütəşəkkil şəkildə bu kampaniyaya qarşı çıxması onların bütün cəhdlərinin üzərindən xətt çəkdi. Bu baxımdan Avropa Oyunları həm də xalqın Azərbaycan Prezidentinə hərtərəfli dəstəyinin, onun ətrafında sıx birliyinin əyani nümayişinə çevrildi, Prezident İlham Əliyevin yüksək reytinqinin daha da möhkəmlənməsinə səbəb oldu. Bu günə qədər qlobal iqtisadi, siyasi uğurlarına görə dünyanın gündəmində olan Azərbaycan artıq inkişaf etmiş idman ölkəsi kimi də tarixə düşdü, dünyanın idman elitasının da etimadını qazandı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026”da ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahlar məlum olub

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib