Birinci rübdə özəlləşdirmədən dövlət büdcəsinə 18,6 milyon manat daxil olub
Bakı, 11 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, hərracların təşkili sahəsində işləri davam etdirir.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi məqsədilə 2023-cü ilin yanvar-mart ayları ərzində 11 hərrac keçirilib. Hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 162 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu dövrdə hərraca çıxarılmış dövlət əmlakı üzrə 112 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 21 onlayn qoşulma reallaşıb. Hərrac vasitəsilə 6 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib. Cari ilin yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 18,6 milyon manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:13]
Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir
- 06.10.2026 [14:02]
Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq
- 06.10.2026 [13:41]