Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Yevlax rayonunda olmuşdur
Bakı, 18 may (AZƏRTAC). Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycana səfəri çərçivəsində mayın 18-də Yevlax rayonunda olmuşdur.
AZƏRTAC xəbər verir ki, ali komissar burada Ağdamdan və Kəlbəcərdən olan məcburi köçkünlər üçün inşa olunmuş binaya baxmış, otaqları gəzmiş, sakinlərlə görüşmüş, onların problemləri ilə maraqlanmışdır.
Sonra ali komissar rayon təhsil şöbəsinin 23 nömrəli orta məktəbində olmuş, pedaqoji kollektivlə görüşmüş, onların problemləri ilə maraqlanmışdır.
Qonağı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov müşayiət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]