“BİZ REGİONLARDA QİÇS GÖRMÜRÜK” LAYİHƏSİ HƏYATA KEÇİRİLƏCƏKDİR
Layihədən əsas məqsəd ölkəmizin regionlarında yeniyetmə və gənclərin qazanılmış immun çatışmazlığı sindromuna (QİÇS) qarşı dünyagörüşünün inkişafı və maarifləndirilməsi, əhali, xüsusilə yeniyetmələr arasında QİÇS HİV haqqında informasiya mübadiləsi aparılması yerli əhalinin yaşadıqları ərazidə həyata keçirilən bütün QİÇS və HİV əleyhinə tədbirlərdə kütləvi iştirakı və gənclərin QİÇS-lə mübarizəyə daha fəal cəlb olunmasıdır.
Layihə çərçivəsində qeyd edilən rayonlarda yerli əhalinin, ziyalıların, əsasən də, gənclərin, ekspertlərin, könüllülərin və hökumət nümayəndələrinin iştirakı ilə QİÇS, HİV və bu dəhşətli bəlaya səbəb ola biləcək məsələlər ətrafında dəyirmi masalar, diskussiyalar və müzakirələr keçiriləcəkdir. Bundan əlavə, yerli gənclərin, təşəbbüs qruplarının və könüllülərin iştirakı ilə rayon mərkəzində maarifləndirmə yürüşünün keçirilməsi, əhali arasında maarifləndirmə materiallarının (bukletlərin, bannerlərin, təqvimlərin, bloknotların və s.) paylanması nəzərdə tutulmuşdur.