Azərbaycan Dövlət İnformasiya Agentliyi

BİZİ ACLIQ GÖZLƏMİR, YAXUD AZƏRBAYCAN QLOBAL BÖHRAN FONUNDA

Bakı, 17 fevral (AZƏRTAC). Getdikcə şiddətlənən qlobal iqtisadi böhran şəraitində planetimizin sakinləri kəmərlərini möhkəm bağlamağa, bəşər tarixində həqiqətən fəlakətli həddə çatmış iqtisadi sarsıntıların nəticələrini aradan qaldırmaq üçün milli hökumətlərin gördüyü hər bir tədbiri ümidlə izləməyə məcbur olurlar.

Başqa cür ola da bilməz, çünki dünyada ərzaq böhranına həsr edilmiş Madrid sammitində Dünya Bankı mütəxəssislərinin elan etdiyi proqnozlara görə, qida məhsullarının qiymətlərinin artması üzündən planetdə milyonlarla insanı aclıq təhlükəsi gözləyir. Əgər dünya dövlətlərinin hökumətləri cavab tədbirləri görməkdə ləngisə, nəticələr çox kədərli ola bilər. Düzdür, son 7 ayda Dünya Bankı 13 milyon insanın qida məhsulları alması üçün subsidiya ayırmışdır, lakin əsas məqsədə nail olmaq - 2015-ci ilə qədər aclıq çəkənlərin sayını azaltmaq üçün bu məbləğ çox cüzidir.

Böhranın nəticələrinin aradan qaldırılması yollarına gəldikdə isə, Beynəlxalq Valyuta Fondu (BVF) resessiyaya son qoymaq və ya iqtisadi artımı dəstəkləmək üçün iqtisadiyyata sanballı pul vəsaitləri cəlb edilməsini məsləhət görür. Ancaq analitiklərin çoxu bu fikirlə razılaşmır. Onlar belə hesab edirlər ki, indiki böhranın əsas səbəbi borclar hesabına istehlakın həddən artıq olmasıdır. Deməli, yaranmış vəziyyətdən yalnız bir çıxış yolu var - real istehlak ilk növbədə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə azaldılmalıdır.

Lakin rusiyalı analitiklərin fikrincə, inkişaf etmiş ölkələrin çoxu istehlakın azaldılmasını son dərəcə mənfi hal kimi qəbul edir, necə deyərlər, ayağını yorğanına görə uzatmaq istəmir, yığılıb qalmış borcları dövlətlərin öhdəliklərinə çevirməyə çalışır, siyasətçilər isə sadəcə olaraq bu problemin həllini uzadırlar. Bu onunla nəticələnə bilər ki, dövlətlər borclarını vaxtında ödəyə bilməyəcək və böhranın yeni dalğası başlanacaqdır. Rusiya hökumətinin sədri Vladimir Putin Davos görüşündə ümidsiz borcların və “pis” aktivlərin silinməsini təklif etmişdi. Lakin onu da vurğulamışdı ki, bu tədbir böhranı dondurmaq və uzatmaq deməkdir. Onun fikrincə, indiki məqamda dövlətin rolu proteksionizmdən və iqtisadiyyata ifrat müdaxilədən imtina etməkdən ibarət olmalıdır. Bununla əlaqədar demək lazımdır ki, əgər Rusiyanın maliyyə və iqtisadi inkişaf nazirliklərinin proqnozları doğrularsa, davam etməkdə olan böhran nəticəsində ölkə ÜDM-i artım göstəricisinə görə iqtisadi liderlərin ilk onluğundan kənarda qala bilər.

Kimin haqlı və kimin haqsız olduğunu zaman göstərəcəkdir. Vaxt isə keçir, indi təxirəsalınmaz və təsirli tədbirlər görülməlidir. Özü də bu tədbirlər bütün dünya dövlətlərinin birgə səyləri ilə həyata keçirilməlidir, çünki əksər şərhlərə və proqnozlara görə, maliyyə böhranının zirvəsi cari ilə təsadüf edəcəkdir, dünya iqtisadiyyatında canlanma isə ən tezi 2010-cu ildə gözlənilir.

Yeri gəlmişkən, ötən istirahət günlərində “böyük yeddilik” ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərləri Romada toplaşmışdılar. Bu görüşdə artıq yeni vahid “qlobal standart” barədə söhbət getmiş və qərara alınmışdır ki, dövlətlər iqtisadiyyata müdaxilə etməyəcək, yəni onlar proteksionizmdən imtina edəcəklər. Görüşdə bir sıra başqa tədbirlər - böhranların qarşısının vaxtında alınması sistemi, BVF-də, Dünya Bankında və bütövlükdə dünya maliyyə strukturlarında təcili islahatlar keçirilməsi məsələləri müzakirə olunmuş, lakin heç bir konkret qərar qəbul edilməmiş və ən başlıcası, böhran əleyhinə tədbirlərin yerinə yetirilməsi müddətləri müəyyənləşdirilməmişdir.

ABŞ Konqresi isə artıq vaxt itirmədən iqtisadiyyatın stimullaşdırılması üçün dövlət xəzinəsindən 787 milyard dollar vəsait ayrılmasını nəzərdə tutan antiböhran planını qəbul etmişdir. Pezident Barak Obamanın dediyinə görə, bu planın həyata keçirilməsi bərpa olunan mənbələr hesabına enerji istehsalını iki dəfə artırmağa, tibbi xidmətin keyfiyyətini yüksəltməyə və əhalinin geniş təbəqələrinin bu xidmətdən istifadə etməsinə şərait yaratmağa, təhsil sistemində islahatlar aparmağa və ən başlıcası, 3 milyondan artıq əlavə iş yeri yaratmağa imkan verəcəkdir.

Rusiya Prezidenti Dmitri Medvedev Kremldə iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bəyan etmişdir ki, hakimiyyət orqanları öz üzərinə əlavə sosial öhdəliklər götürməli, qiymətlərin sürətlə artmasına imkan verməməli və dünya maliyyə böhranı uzanacağı təqdirdə zəruri ehtiyatlar saxlamalıdırlar.

Rusiyanın maliyyə naziri Aleksey Kudrin “Rossiya” telekanalına müsahibəsində bildirmişdir ki, rublun devalvasiyasının başa çatması və bankların likvidliyinin bərpa olunması ilə yaxın aylarda iqtisadiyyatın real sektorunda canlanma baş verəcəkdir. Hər halda, ümidverici bəyanatdır.

Ermənistanda isə yerli analitiklərin özlərinin də “ciddi rejimin böhranı” adlandırdıqları böhran, əslində, sənaye istehsalını bərbad vəziyyətə salmış, “İrandan gətirilən kənd təsərrüfatı məhsullarından başlamış, Ərəb Əmirliklərindən gətirilən yüksək texnoloji mallara qədər əcnəbi mənşəli məhsullar Ermənistan bazarını zəbt etmişdir”. Onu da xatırladaq ki, son illərdə Ermənistan vətəndaşları xüsusi transferlər hesabına yaşamışlar. Həmin transferlər isə qlobal maliyyə böhranı nəticəsində xeyli azalmışdır. “Ermənistan iqtisadi modelinin əsas anlayışı” olan transfer köçürmələrinin azalmasının və büdcə kəsirinin təqribən 1 milyard dollara çatacağı gözlənilir. Ermənistan tərəfi Rusiyadan məhz bu məbləğdə kredit istəməklə RF maliyyə naziri Aleksey Kudrini çox heyrətləndirmişdi. Görünür, Serj Sarkisyan hökuməti Ermənistan büdcəsindəki kəsiri doldurmaq üçün təcili gəlir mənbələri tapmalıdır, çünki Rusiya hətta bu krediti ayırsa da, o, oliqarxların dəstəklənməsinə sərf edilər və çox ehtimal ki, sonradan onların hesabına vergilərin yığılma dərəcəsini artırar. Bir sözlə, erməni analitiklərinin proqnozlarına görə, bu kreditin heç bir perspektivi yoxdur.

Azərbaycan Respublikasına gəldikdə isə, maliyyə naziri Samir Şərifovun sözlərinə görə, 2008-ci ildə lazımi tədbirlər görülməsi sayəsində Azərbaycan əhalisi böhranın təsirini praktik olaraq hiss etməmişdir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov isə demişdir ki, “bizdə maliyyə böhranının vətəndaşlara təsirini minimuma endirməyə imkan verən potensial var”. Nazir onu da xatırlatmışdır ki, ölkəmizin böhrandan uğurla çıxmaq təcrübəsi var.

Milli Bankın gördüyü tədbirlər - daxili öhdəliklər üzrə pul ehtiyatlarının 12 faizdən 9 faizə endirilməsi, xarici öhdəliklər üzrə 5 faiz həcmində zəruri ehtiyatlar barədə tələbin ləğv edilməsi sayəsində ölkənin bank sisteminə əlavə 220 milyon manat daxil olmuşdur. Üstəlik, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, hökumət valyuta ehtiyatlarının yerli banklarda yerləşdirilməsi mexanizmlərini müzakirə edir və bunun heç bir qorxusu yoxdur, çünki Fondun vəsaitlərinin 90 faizi bank depozitləri şəklində deyil, qiymətli kağızlar şəklində yerləşdirilmişdir və “biz bu qiymətli kağızları istənilən vaxt sataraq pul vəsaitinə çevirə bilərik”.

Yeri gəlmişkən, bu il yanvarın 1-nə Dövlət Neft Fondunun aktivləri 2008-ci ilin əvvəlindəkinə nisbətən 4,3 dəfə artaraq, 8 milyard 986,7 milyon manat və ya 11 milyard 219,2 milyon dollar olmuşdur. Beləliklə, büdcənin mədaxil hissəsi 117 faiz, məxaric hissəsi isə 98 faiz yerinə yetirilmişdir. Dünya neft bazarlarında yaranmış real vəziyyəti nəzərə alsaq, 2009-cu ildə Azərbaycan Dövlət Neft Fondunun gəlirləri təqribən 9-10 milyard dollar olacaqdır.

BMT-nin məlumatına görə, Azərbaycanda işsizlik göstəricisi 1,2 faizdən 1,1 faizə düşmüşdür. Bu isə MDB məkanında Özbəkistandan (0,2 faiz) və Belarusdan (1,0 faiz) sonra ən yaxşı göstəricidir. Amerikalı jurnalist Mayk Frensis ölkəmizə həsr edilmiş məqaləsində yazır: “Azərbaycanın iqtisadiyyatı intensiv inkişaf edir, ölkədə işsizlik səviyyəsi çox aşağı, savadlılıq isə çox yüksəkdir”. Onu da xatırladaq ki, son beş ildə ölkəmizdə 766 min yeni iş yeri yaradılmışdır, bölgələr görünməmiş sürətlə inkişaf edir, çox güclü infrastruktur yaradılmışdır, yoxsulluğun səviyyəsi 49 faizdən 13,2 faizə düşmüşdür. Bütün bunlar ölkəmizdə həyata keçirilən iqtisadi islahatların səmərəsinə və təsirli sosial proqramlar həyata keçirilməsinə dəlalət etmirmi?

Azərbaycan Prezidenti İlham Əliyev CNN telekanalına müsahibəsində demişdir: “Biz iqtisadiyyatı şaxələndiririk və onun neftdən asılılığını azaldırıq. İnformasiya texnologiyaları, infrastruktur, kənd təsərrüfatı, təhsil, səhiyyə və digər sahələrə sərmayə yatırırıq. Hesab edirəm ki, biz artıq bu sahədə mühüm nailiyyətlər əldə etmişik. Neft qiymətindən daha az, əvvəllər heç zaman olmadığı qədər asılıyıq. Hətta neftin bugünkü 40 dollarlıq qiyməti ilə belə, Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Belə düşünürəm ki, 2009-cu il də ÜDM-in artımı baxımından ölkəmiz üçün uğurlu olacaqdır”.

Son olaraq demək istərdik ki, bizi aclıq gözləmir, çünki kənd təsərrüfatı naziri İsmət Abasovun sözlərinə görə, Azərbaycan zəruri ərzaq məhsullarının 90 faizini özü istehsal edir.

Tamilla Nuriyeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib