Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfrans keçirilib

Bakı, 7 mart, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda dövlət və hökumət nümayəndələri, komissiyanın işçi qruplarının rəhbərləri və üzvləri, eləcə də özəl sektorun təmsilçiləri, şirkət rəhbərləri iştirak ediblər.

Konfransın açılışını və moderatorluğunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı edib. O bildirib ki, İİTKM iqtisadi islahatların rəqəmsal idarəetmə platforması olan “azranking.az” portalı vasitəsilə qlobal trendlərə uyğun şəkildə yaşıl və rəqəmsal transformasiyaya dəstək vermək, eyni zamanda, davamlı iqtisadi inkişafı stimullaşdırmaq məqsədi daşıyır. V.Qasımlının sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında islahat gündəliyi və təşviq siyasəti, eləcə də böyük qayıdış, Bakının Baş planı, yaşıl enerji, nəqliyyat-logistika, sənaye, regionların inkişafı və özəlləşdirmə proqramları qeyri-dövlət sərmayələrinin cəlbini sürətləndirə bilər.

Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, komissiya katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın 2023-cü il üzrə fəaliyyəti və qarşıda duran prioritetlər” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, 2023-cü ildə komissiyanın mandatına uyğun olaraq, aidiyyəti dövlət qurumlarının təşəbbüsü ilə prioritet istiqamətlərdə 5 yeni işçi qrup və 2 yeni əlaqələndirmə qrupu yaradılıb. Ümumilikdə, komissiya çərçivəsində 25 İşçi qrup, 2 əlaqələndirmə qrupu və spesifik sahələr (ekoloji nəqliyyat, elmi potensial, sərhəddə ticarət və ESG) üzrə 4 altqrup fəaliyyət göstərir və komissiyanın işçi qruplarının üzvlərinin ümumi sayı 660-dan çoxdur. V.Şıxəliyev qeyd edib ki, hesabat ilində müasir çağırışlar nəzərə alınmaqla yeni prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib və icrası təmin edilib. Komissiya çərçivəsində müvafiq dövlət qurumlarının rəhbərliyi altında 30-dan çox normativ hüquqi aktın layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib, biznes mühitinin əlverişliliyinin artırılmasına xidmət edən mühüm qanunvericilik sənədləri qəbul olunub. Komissiya çərçivəsində daha səmərəli və çevik koordinasiya/ kommunikasiyanın təşkili, eləcə də inklüzivliyin və vahid sinerjinin yaradılması hədəflənir.

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, Azərbaycanla Türk Dövlətləri Təşkilatı arasında ticarət dövriyyəsinin həcmi 2023-cü ildə 9 milyard dollar olub. 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış anlaşma ilə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası hazırda Türk Dövlətləri Təşkilatı (TDT) adı ilə fəaliyyətini davam etdirir.

İnternet infrastrukturu üzrə islahatlardan bəhs edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov qeyd edib ki, bu ilin sonunadək dövlət-özəl tərəfdaşlıq modeli əsasında, bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində ölkənin əksər regionlarını əhatə edən yüksəksürətli genişzolaqlı şəbəkə qurulacaq. Onun sözlərinə görə, hazırda ölkə əhalisinin 88,1 faizi internetdən istifadə edir.

“Ümumilikdə isə ölkə ərazisində 3G və 4G şəbəkəsinin əhali üzrə əhatə dairəsi 100 faizə yaxındır. Hazırda ölkəmizdə aktiv mobil internet abunəçilərinin sayı 8,8 milyon nəfərdən çoxdur. İnternet xidmətlərinə əlçatanlığın təmin edilməsi məqsədilə internet xidmətlərinə qoşulmaq və ya internet tarifini dəyişmək üçün abunəçilərə onlayn imkan yaradılıb. Həmçinin internetə qoşulma haqqı ləğv edilib", - deyə S.Məmmədov bildirib.

Daha sonra çıxış edən Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov diqqətə çatdırıb ki, ötən il maliyyə sektorunun aktivləri 5 faiz artaraq 52 milyard manata çatıb. O bildirib ki, hesabat dövründə bankların kredit portfeli 18 faiz artıb, kapitalın adekvatlıq göstəriciləri 20 faiz təşkil edib: “Görülmüş işlər nəticəsində biznes mühitində maliyyə əlçatanlığı artıb, maliyyə xidmətlərinin rəqəmsallaşması genişləndirilib. Ötən il həyata keçirilmiş təşəbbüslərin başlıca məqsədi maliyyə institutlarının dayanıqlığının artırılması, elektron ödənişlərin genişləndirilməsi, kredit informasiya infrastrukturunun təkmilləşdirilməsi, kapital bazarlarının genişləndirilməsi, habelə “yaşıl maliyyə” üzrə ekosistemin formalaşdırılması olub”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov bildirib ki, Elektron Tikinti Portalına maraq əvvəlki illərə nisbətən xeyli artıb.

“Ötən il bu portal vasitəsilə ümumi müraciət sayı 2764 olub, 102 ədəd tikintiyə və istismara icazə verilib, 1224 ədəd isə məlumatlandırma icraatı həyata keçirilib. Tikinti və istismara icazənin verilməsi prosesinin tam elektronlaşdırılması vətəndaş və ya sahibkar tərəfindən bir pəncərə prinsipi əsasında tikinti və istismara icazənin əldə edilməsini təkmilləşdirməklə yanaşı, həm də mühəndis-kommunikasiya təminatı ilə bağlı texniki şərtlərin və layihə sənədlərinin elektron şəkildə əldə edilməsinə, icazə icraatından başlayaraq tikintiyə dövlət nəzarəti ilə bağlı proseslər də daxil olmaqla qurumlararası məlumat mübadiləsini elektron şəkildə həyata keçirilməsinə imkan yaradıb. Həmçinin tikinti icraatı çərçivəsində daxil olan məlumatların etibarlı mühafizəsinin təmin edilməsi, ümumilikdə vətəndaş-məmur təmasını bir qədər də azaltmaqla tikinti və istismar icraatının daha da şəffaflaşdırılması və vətəndaş məmnunluğunun artırılması hədəflənir”, - deyə Namiq Hümmətov əlavə edib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Natavan Məmmədova çıxışında diqqətə çatdırıb ki, hazırda Azərbaycanda 116 biznes assosiasiyası fəaliyyət göstərir. O bildirib ki, biznes assosiasiyalarının güclənməsi iqtisadiyyatın güclənməsi deməkdir.

“Biznes assosiasiyaları arasında əlaqələr gücləndirilməlidir. Fərqli sahələrdə fəaliyyət göstərən sahibkarların bir araya gələrək öz təklifləri, problemləri, çağırışları, eləcə də gözləntilərini formalaşdıraraq aidiyyəti üzrə çatdırması çox önəmlidir", - deyə baş katib vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qeyd edib ki, Elektron Reyestrdə Dövlət Agentliyi tərəfindən monitorinq aparılıb və tikintiyə icazə və nəzarət prosesində iştirak edən dövlət qurumlarının xidmətləri müəyyən edilib: “Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 9 xidməti, Fövqəladə Hallar Nazirliyinin 2 xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 xidməti, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 1 xidməti, "Azəriqaz” İstehsalat Birliyinin 1 xidməti, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin 3 xidməti, yerli icra hakimiyyəti orqanlarının xidməti, ümumilikdə 24 dövlət xidməti üzrə məlumatlar yenilərək təsdiq edilib", - deyə C.Salmanov bildirib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev isə öz növbəsində bildirib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə ölkəyə idxal olunan elektrik mühərrikli avtomobillərin sayı 6,3 dəfə, 2500 sm³-dən çox olmayan hibrid mühərrikli avtomobillərin idxalı isə 24,3 faiz artıb. Qeyd edib ki, yaşı 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərinin sayındakı xüsusi çəkisi 2021-ci ildə 4,6 faiz idisə, 2023-cü ildə bu rəqəm 5,4 faizə yüksəlib.

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyevin sözlərinə görə, ötən il ərzində beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan banklarına böyük həcmli kredit xətlərinin açılması üzrə bir sıra müqavilələr imzalanıb.

“Qarabağda biznesə verilən kreditlərə 90 faiz həcmdə dövlət zəmanəti veriləcək. Artıq biz əminliklə deyə bilərik ki, Qarabağ iqtisadi zonası üzrə formalaşmış iqtisadi qaydalar bütün digər sahələrdə olduğu kimi maliyyə sektorunda da tətbiqi kifayət qədər effektiv olacaq”, - deyə o diqqətə çatdırıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Etibar Məmmədovun sözlərinə görə, qeydiyyat prosesinin tam sadələşməsi, sənədləşmə prosesi və icra müddətinin minimuma, yəni 3 prosedur, 30 təqvim gününə endirilməsi, bütün informasiyaların vahid mərkəzdə toplanması və müştəri məmnuniyyətinin təmin olunması sahibkarlara və biznes mühitinə müsbət təsir göstərəcək.

Sədr müavini əlavə edib ki, sahibkarlar arasında mütəmadi olaraq sorğuların keçirilməsi, üzləşdikləri çətinlik və problemlərin qısa müddət ərzində aradan qaldırılması və həlli, onlayn əlçatanlığın yaradılması və bu sahə üzrə maraqlı tərəflərin proseslərə cəlb olunması biznes mühitinin daha da yaxşılaşdırmasına xidmət edəcək.

Konfransda, həmçinin Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi, dövlət-biznes dialoqu, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun investisiya mühitinin yaxşılaşdırılmasına dəstəyi, maliyyə xidmətlərinin inkişafı, ekoloji təhlükəsizlik, mübahisələrin alternativ həlli mexanizmləri və rəqəmsallaşma üzrə təşəbbüslər, daşınmaz əmlakla bağlı informasiya sisteminin yaradılması və digər mövzularda təqdimatlar edilib.

Konfransın sonunda biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın İşçi qruplarının rəhbərlərinin və qonaqların sərbəst çıxışları, qarşıda duran vəzifələr üzrə müzakirələr aparılıb.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılıb. Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər