Blinken Çinin Rusiyaya hərbi dəstəyindən narahatlığını bildirib
Bakı, 17 fevral, AZƏRTAC
ABŞ-ın dövlət katibi Antoni Blinken Rusiyanın Ukrayna ərazilərini işğal etməsinə Çin tərəfindən dəstək verilməsindən narahatlığını bildirib.
AZƏRTAC xəbər verir ki, ABŞ rəsmisi bu narahatlığını Munxen Təhlükəsizlik Konfransı çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşdə dilə gətirib. Dövlət Departamentinin görüşə dair açıqlamasında deyilir ki, Antoni Blinken ÇXR-in Rusiya müdafiə sənayesinə dəstəyi ilə bağlı ölkəsinin narazılığını çatdırıb.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri ABŞ başda olmaqla Qərb blokuna daxil olan ölkələrin rəsmiləri bir neçə dəfə Çinin Rusiyaya hərbi dəstək göstərməsinə dair açıqlamalar verib. Bura həm də Çin şirkətlərinin Rusiyanın müdafiə sənayesi kompleksinə dəstəyi, ikili təyinatlı məhsulların ixracı və s. daxildir. Çin tərəfi isə bu iddiaları qəti surətdə təkzib edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]