Bloomberg: Ağ ev Konqresdən müdafiə xərclərini 850 milyard dollara çatdırmağı xahiş edəcək
Bakı, 7 mart, AZƏRTAC
ABŞ administrasiyası Konqresdən 2025-ci maliyyə ilində müdafiə xərclərini 1 faiz artıraraq 849,8 milyard dollara çatdırmağı xahiş etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, bu, əvvəlcə tələb edilməsi planlaşdırılandan 10 milyard dollar azdır. Keçən il əldə edilmiş borc tavanı razılaşması Ağ Evi tələbini azaltmağa məcbur etdi. Növbəti maliyyə ilində F-35 qırıcı təyyarələrinin və Virciniya sinifli nüvə sualtı qayıqlarının alınması üçün xərclərin azaldılması gözlənilir. 83 qırıcı əvəzinə 70 qırıcı alınacaq ki, bu da təxminən 1,6 milyard dollar qənaət etməyə imkan verəcək.
Ağ ev silah sistemlərinin alınması üçün ilkin 175,3 milyard dollar əvəzinə 167,5 milyard dollar, tədqiqat və inkişaf üçün isə 145 milyard dollar əvəzinə 143,2 milyard dollar tələb etməyi gözləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]