BMT Efiopiyaya 17 milyon dollar humanitar yardım ayırıb
Bakı, 28 fevral, AZƏRTAC
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (HMKO) Efiopiyanın şimalında quraqlığın yaratdığı və getdikcə daha da ağırlaşan aclığın aradan qaldırılmasına kömək məqsədilə 17 milyon dollar ayırıb.
AZƏRTAC xəbər verir ki, HMKO-nun məlumatına əsasən, BMT baş katibinin müşaviri Martin Qriffits Efiopiyanın Afar, Amhara və Tiqray bölgələrində quraqlığa səbəb olan “El Nino” hadisəsinin təsiri ilə bağlı dərin narahatlığını ifadə edib. Quraqlığın güclənməsi səbəbindən Efiopiyada 10 milyondan çox insanın iyul-sentyabr aylarında ərzaq yardımına ehtiyac duyacağı gözlənilir. Əvvəlki quraqlıqlar və davam edən hərbi əməliyyatlar ölkədəki humanitar vəziyyəti daha da ağırlaşdırır.
İndiyədək 6,6 milyon efiopiyalıya ərzaq və digər yardımlar çatdırıldığını vurğulayan HMKO bunun üçün daha çox resursa ehtiyac duyulduğunu qeyd edib.
Efiopiya hökuməti ölkə daxilində ehtiyacı olan insanlara humanitar yardımı davam etdirmək və genişləndirmək üçün 3,24 milyard dollar vəsait lazım gəldiyini bildirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]
BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb
- 14.10.2026 [10:52]
Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq
- 14.10.2026 [10:41]
Almaniyada intiharların sayı artır
“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər
- 13.10.2026 [23:40]
Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi
- 13.10.2026 [23:19]
“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib
- 13.10.2026 [22:52]
Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 13.10.2026 [21:47]
“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları
- 13.10.2026 [21:40]
Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub
- 13.10.2026 [21:23]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [21:21]