BMT rəsmisi Kipr bölgəsinə səfər edib
Bakı, 30 avqust, AZƏRTAC
BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença Kipr adasındakı bufer zonada cərəyan edən narahatlığa aydınlıq gətirmək üçün bölgəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik öz açıqlamasında qeyd edib.
Düjarrikin açıqlamasına görə, BMT rəsmisi Şimali Kipr Türk Respublikası və Cənubi Kiprin liderləri, həmçinin Kiprdəki BMT Sülhməramlı Qüvvələri (UNFICYP) ilə bir araya gəlib, görüşlərdə bufer zonada cərəyan edən son hadisələrlə bağlı, eləcə də Kipr məsələsində irəliləyiş yolları barəsində müzakirələr aparıb, tərəfləri razılığa gəlməyə çağırıb.
Sözçü bildirib ki, Yença münaqişəli məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi üçün Ankaraya yola düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]