Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur

BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur

Bakı, 22 sentyabr, AZƏRTAC

Yaşadığımız dövrün mövcud problemləri, dünyanın müxtəlif nöqtələrində hökm sürən gərginliklər, dözümsüzlük və kataklizm halları, sülh və qarşılıqlı anlaşmaya duyulan ehtiyacın getdikcə artması gündəmə multikulturalizm anlayışını gətirir. Artıq dünya ölkələri iqtisadi inkişafın, sosial tərəqqinin və siyasi sabitliyin əldə olunması üçün bu elementin yeni və daha qüvvətli təsir gücünü inkar etmirlər. Çünki qeyd olunan müsbət məqamların hər biri müxtəlifliyə tolerant yanaşma, xalqlar arasında qarşılıqlı hörmət və əməkdaşlığa istək olmadan mümkün deyildir.

Multikulturalizm çoxsaylı mədəniyyətlərin və adətlərin vahid idarəçilik çərçivəsində mövcudluğu və təşviqidir. Bu elə bir anlayışdır ki, dünyanın hər bölgəsində onu ehtiva edən özünəməxsus ideologiyalar və siyasi yanaşmalar var. Lakin istənilən halda, multikulturalizm dedikdə planetimizin istənilən nöqtəsində cəmiyyətdə müxtəlif mədəniyyətlərə bərabər yanaşma, mədəni müxtəlifliyin qorunması, təşviqi üçün uğurlu siyasətin həyata keçirilməsi və bu dəyərin əhəmiyyətinin insanlara aşılanması üçün addımların atılması kimi məqamlar ön plana çıxır. Multikulturalizmin ilk dəfə rəsmən milli siyasi istiqamət kimi müəyyənləşdirilməsi 1971-ci ildə Kanadada həyata keçirilib. 1973-cü ildə isə bu tendensiyanı Avstraliya, daha sonra isə bir sıra Avropa ölkələri davam etdirib. Lakin bu gün bəşəri dəyər hesab olunan multikulturalizm anlayışının ənənəvi konseptindən daha mükəmməl və yeni bir model formalaşıb: Azərbaycan multikulturalizmi.

Ulu öndər Heydər Əliyevin “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir” fikirləri bəhs etdiyimiz mövzunun məğzinə bir daha aydınlıq gətirir. Azərbaycanda uzun əsrlərdən bəri mövcud olan bu qiymətli dəyərin model kimi formalaşmasında, dövlət siyasəti kimi tətbiq edilməsində və dünya ölkələri üçün mühüm təcrübə, nümunə olmasında şübhəsiz Ümummilli Liderin müstəsna rolu olub. Bu gün Azərbaycanın multikultural dəyərləri dünyaya özünəməxsus formada yenidən bəxş edən model ölkəyə, bu anlayışın təbliğində unikal bir mərkəzə çevrilməsi məhz ulu öndər Heydər Əliyevin mühüm xidmətlərinin bəhrəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin layiqincə davam etdirdiyi bu yol gələcək nəsillər üçün dəyərli bir xəzinə kimi qorunub saxlanılacaq. Dövlətimizin başçısının səsləndirdiyi “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir... Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir” cümlələri ölkəmizdə multikultural dəyərlərə dövlət səviyyəsində verilən qiymətin təzahürüdür. Hazırda dünyanın müxtəlif ölkələri tərəfindən öyrənilməsi zəruri olan bir model kimi təqdim edilən multikulturalizmin Azərbaycan modeli tolerantlıq, dini dözümlülük və qarşılıqlı anlaşmaya böyük önəm verən xalqımızın tarixən formalaşdırdığı ənənələrin təzahürüdür. Ölkəmiz hələ qədim zamanlardan müxtəlif etnik qruplar və milli azlıqlar üçün sığınacaq olub və onlar Azərbaycanı öz vətənləri hesab ediblər. Bu münasibətin əsasında sözsüz ki, ölkəmizdə mövcud multikultural mühit dayanır: irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edən milli siyasətin əsas müddəaları Azərbaycan Konstitusiyasında qeyd olunub; ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika ərazisində yayılan bütün ənənəvi dinlərə qayğı göstərir; milli azlıqların və etnik qrupların öz adətlərini, milli elementlərini, dillərini qoruyub saxlamaları, inkişaf etdirilmələri üçün lazımi şərait yaradılıb; xalqımız müxtəlifliyə hər zaman dözümlü münasibət göstərərək qonaqpərvər və mehriban ev sahibi simasında ölkəmizə pənah gətirən bütün insanlara qucaq açıb.

Multikulturalizmin bəşəri dəyər kimi qorunub saxlanılması, bu anlayışın müxtəlif istiqamətlərinin araşdırılması və təşviqi üçün xüsusi mərkəzin yaradılması, millətlərarası, konfessiyalararası və mədəniyyətlərarası münasibətlər sahəsində ölkəmizin təcrübəsinin öyrənilməsi və təbliği üzrə müxtəlif layihələr həyata keçirilməsi və bu kimi digər addımlar Azərbaycanda multikulturalizmə dünyanın digər ölkələrindən daha fərqli və həssas yanaşıldığını göstərir. Ölkəmizin bu dəyərin mühafizəsi üçün ideal məkana çevrilməsi heç də təsadüfi deyil: müxtəlif dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, respublikamıza səfər edən turistlər, burada sülh və sakitlik içində yaşayan milli azlıqlar Azərbaycanın tolerant ölkə kimi unikal nümunə olduğunu və bu modelin dünyanın digər ölkələri tərəfindən öyrənilməsinin vacibliyini vurğulayırlar. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa, müxtəlifliyə dözümlü yanaşmağa və qarşılıqlı hörmətə səsləyir. Bu baxımdan ölkəmizdə elan edilmiş “Multikulturalizm ili”nə təsadüf edən, cari ilin aprelin 25-dən 27-dək keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu xüsusi qeyd etmək lazımdır. Bu cür mötəbər bir tədbirə ev sahibliyinin məhz Azərbaycana həvalə edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

“İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçirilən Forum səmərəli müzakirələr, fərqli yanaşmalar və əhəmiyyətli nəticələrlə yadda qaldı. Belə ki, tədbirdən bütün dünyaya barış, əməkdaşlıq, sülh və dialoq mesajları göndərildi. İştirakçılar birmənalı olaraq Azərbaycanı birgəyaşayışın unikal məkanı kimi sürətlə zənginləşən bir ölkəyə bənzədiblər. Müxtəlif dinlərin nümayəndələrinin və etnik qrupların milli inkişaf naminə qarşılıqlı hörmət və harmoniya halında yaşaması multikulturalizmin Azərbaycan modeli kimi yüksək qiymətləndirilib. BMT tərəfindən birgəyaşayışın üç əsas elementi hesab edilən sülh və təhlükəsizliyin təminatı, insan haqlarının müdafiəsi və inkişafa nail olunması bu modelin ana prinsipləridir. İnklüziv cəmiyyətlərdə azlıqların hüquqlarına hörmətlə yanaşmaq onları özlərini həmin cəmiyyətin tam və bərabərhüquqlu üzvü kimi hiss etməyə yönəldir. Bu amil hazırkı dünyada itirilmiş dəyər kimi həyati önəm kəsb edir. Çünki həmin azlıqların nümayəndələri təcrid olunduqlarını və hüquqlarının tapdalandığını hiss etdikləri zaman bu hal onları radikalizmə və ekstremizmə sürükləyə bilər. Azərbaycan böyük uzaqgörənliklə baş verən və gələcəkdə cərəyan edəcək mənfi proseslərin bir növ qarşısını almaq üçün müxtəlif azlıqların üzvlərini cəmiyyətlərə qazandırmağa çalışır və bunu özünəməxsus bir tərzdə edir. Forumun sessiyalarının həsr olunduğu mövzular özü-özlüyündə Bakıdakı bu tədbirin vacibliyini göstərirdi: ekstremizmin qarşısının alınması üçün platformalar və tərəfdaşlıqlar, sosial birləşmədə müsbət təcrübələr, sülh, təhlükəsizlik və davamlı inkişaf üçün birgə çalışmaq və s. Ekspertlər bu kimi görüşlərin keçirilməsinə daha öncə olmadığı qədər böyük ehtiyac duyulduğunu vurğulayırlar. BMT-nin baş katibi Pan Gi Munun Forum iştirakçılarına videomüraciətində səsləndirdiyi “biz ağır böhranlar zamanında yaşayırıq. Rekord sayda insan öz evini tərk etmək məcburiyyətində qalır. Bir çoxları zorakı ekstremizm və təqibdən qaçır. Onlar təhlükəsiz sığınacaq olacağına ümid etdikləri yerə çatanda çox vaxt nifrət və diskriminasiya ilə qarşılanırlar. Bölünmə və təcrid ekstremistlərə sərf edir. Onların atdığı bombalar binaları hədəfə alır. Lakin əslində onların məhv etmək istədiyi bizim qarşılıqlı anlaşmamızdır. Bu səbəbdən də mən bu Forumun “İnklüziv cəmiyyətlərdə birgəyaşayış” mövzusuna həsr olunmasını alqışlayıram” fikirləri Forumun əhəmiyyətini bir daha vurğulamış olur.

Müxtəlifliyə qarşı tolerant mövqe nümayiş etdirmək üçün ilk olaraq bu anlayışın bugünkü dünyamızın reallığı olduğunu qəbul etmək lazımdır. Birgə yaşamaq üçün fərqli xüsusiyyətlərə, adətlərə, inanclara malik olmaq vacib deyil. Bu məqamda əsas məsələ birliyə nail olmaq, birgə yaşayaraq inkişaf, tərəqqi üçün bu müxtəliflikdən istifadənin yollarını tapmaqdır. VII Qlobal Forum bu hədəfə nail olmaq üçün yeni imkanlar yaratmış oldu (dı). Azərbaycan Prezidentinin tədbirin rəsmi açılışında vurğuladığı məqamlar multikulturalizmin həm həyati, həm də siyasi mahiyyətini bir neçə sözlə ifadə etməyə imkan verir: “Hamımız eyni planetdə yaşayırıq. Bütün xalqlar sülh, əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşamağı, ailələrini qorumağı, övladlarını böyütməyi arzulayır. Bütün dinlər eyni dəyərləri - insanlıq, mərhəmət, həmrəylik və sülhü təbliğ edir. Bu gün dünyanın tələb etdiyi səylərimizin birləşdirilməsidir. Bugünkü toplantı, bu Forum multikulturalizm ideyasının beynəlxalq ictimaiyyət tərəfindən güclü dəstəklənməsinin aydın göstəricisidir”. Həqiqətən də, multikulturalizm planetimizdə yaşayan hər bir insanın gündəlik həyatında, qayğılarında və yığcam əhatəsində mövcud anlayış olmaqla yanaşı, geniş mənada bu dəyər dünya xalqlarını bir arada saxlayan, dünyamızın gələcəyini təhdidlərdən, qorxu və nifrətdən, təhlükələrdən qorumaq üçün genişləndirilməsi zəruri olan bir məfhumdur. Bu baxımdan ölkəmizin bu cür bəşəri dəyəri qorumaq, inkişaf etdirmək, daha böyük kütlələrə çatdırmaq və təbliğ etmək missiyasını uğurla reallaşdırması xüsusi qiymətləndirilməlidir.

Maqsud Dadaşov

AZƏRTAC-ın müxbiri

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin xarici işlər naziri Çinə rəsmi səfər edəcək

"Fənərbağça"nın anlaşdığı Joze Mourinyo sabah İstanbula gəlir

Bakıda görkəmli türkmən mütəfəkkiri və şairi Dövlətməhəmməd Azadi haqqında kitabın təqdimatı olub

Azərbaycan alimi Almaz Ülvinin “Xarəzm heyrəti” kitabı çap olunub

"Real Madrid" Çempionlar Liqasının qalibi olub YENİLƏNİB

Rəşad Əzizov: Hazırda Mədəniyyət Nazirliyi yaradıcı sənayelərin inkişafı üçün Yol xəritəsinin hazırlanması ilə məşğuldur

Qazaxda “Xoşbəxt olsun uşaqlar” adlı tədbir təşkil edilib

Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb

Sumqayıtda ayparaçıların uşaqlara bayram hədiyyəsi

Naxçıvan şəhərində qəza olub, xəsarət alan var

Axşam saatlarında Qaxa leysan və dolu yağıb, bu dəfə fəsadsız ötüşüb

Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq

Zaqatala və Gədəbəy rayonlarına dolu düşüb

Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib

Dövlət Teatr Muzeyində tədbir - Uşaqların sevinci

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli Nobel mükafatı laureatı Əziz Səncərlə görüşüb

Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub

Nobel mükafatçısı Əziz Səncər Naxçıvan Dövlət Universitetində olub

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var VİDEO

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub VİDEO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Dənizkənarı Milli Parkda "Uşaqlar idmanı sevir" adlı festival keçirilib

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyanı uşaqlara verək...

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir

Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib

“Sənətkarın dostu” layihəsinə start verilib

Naxçıvan şəhərində sürücü piyadanı vuraraq öldürüb

Tədqiqat: Maqnit qasırğası tufanların yaranmasına təsir edir

CAATS-a rəhbərlik Türkiyəyə keçəcək

Qaxda uşaqlara bayram sevinci bəxş olunub

Nazir müavini: Qiymətləndirmənin sivil bazasının formalaşdırılmasına nail olunub

Alimlər: Sevimli məşğuliyyət sağlamlığı möhkəmləndirir

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və fləş-mob keçirilib

Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub

İyun ayında maqnit qasırğalarının günləri açıqlanıb

Nazir müavini: “Malıbəy” kiçik su elektrik stansiyasının icrası regionda iqtisadi aktivliyə təkan verəcək

Füzulidə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub

Prezidentin xüsusi nümayəndəsi: İndiyədək Laçın rayonunda 9 su elektrik stansiyasının təməli qoyulub

Bu gün həm də Ümumdünya Valideynlər və Süd günləri qeyd olunur

ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub

Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək

Xaçmazda şəhid övladlarının bayram sevinci VİDEO

Direktor: Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilkin olaraq 250-dən çox şagirdin təhsil alması nəzərdə tutulur

Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib

Sabah bəzi rayonlarda leysan olacaq, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədindən irəli gələn məsələ barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilib YENİLƏNİB

Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb

Erol Özvar: Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq