BMT: “Taxıl sazişi”nin bərpası istiqamətində işlər davam etdirilir
Bakı, 5 dekabr, AZƏRTAC
BMT “Taxıl sazişi”nin bərpası işlərinin davam etdirildiyini açıqlayıb.
AZƏRTAC Rusiya KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi nümayəndəsi Stefan Dyujarik təmsil etdiyi beynəlxalq qurum tərəfindən qarşıya qoyulan məqsədə nail olunması üçün məhz hansı addımların atıldığını bildirməyib.
“BMT “Taxıl sazişi”nin bərpa edilməsi işlərini davam etdirir, səylər məhz bu istiqamətdə aparılır”, - deyə BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibi Rebeka Qrinspen qeyd edib.
“Bəli, biz işləri davam etdiririk. R.Qrinspen ona bu məsələ ilə bağlı həvalə edilən işləri icra edir” - S.Dyujarik bildirib.
Lakin o, jurnalistlərə atılan addımlar barədə əlavə heç bir məlumat verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]