BMU-da yaz semestri başlayıb
Bakı, 16 fevral, AZƏRTAC
Bakı Mühəndislik Universitetində (BMU) 2025/2026-ci tədris ilinin yaz semestri başlayıb.
BMU-dan AZƏRTAC-a bildirilib ki, Akademik təqvimə əsasən bakalavriat və magistratura səviyyələrində dərslərin mayın 30-dək davam etdirilməsi nəzərdə tutulub. Yaz semestrinin imtahan sessiyasının isə iyunun 1-dən iyulun 4-dək keçirilməsi planlaşdırılır.
İkinci semestrlə bağlı hazırlanmış dərs cədvəlləri öncədən tələbələrin şəxsi kabinetlərinə, habelə kafedraların elan lövhələrinə yerləşdirilib.