BÖLGƏLƏRDƏ “WESTERN UNİON” PUL KÖÇÜRMƏLƏRİ XİDMƏTİ TƏŞKİL EDİLƏCƏK
“Azərpoçt” Dövlət Müəssisəsi ilə “Parabank” Səhmdar Kommersiya Bankı arasında bağlanmış müqaviləyə uyğun olaraq, “Western Union” pul köçürmələri xidməti bölgələrdə də təşkil ediləcəkdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə “Parabank” SKB ilə danışıqlar aparılmış və respublikanın 15 bölgəsində poçt filiallarının yaradılması üçün razılıq alınmışdır. Xidmət yaxın vaxtlarda əhalinin istifadəsinə veriləcəkdir.