Bonn şəhərində jurnalistlərin şəxsi təhlükəsizlik məsələləri müzakirə olunacaq
Berlin, 14 iyun, AZƏRTAC
Bonn şəhərində Almaniyanın “Doyçe Velle” agentliyinin himayəsi altında 13-cü Qlobal Media Forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu konfrans hər il keçirilir. Budəfəki forumun mövzusu "İrəliləyiş və innovasiyalar"dır. Feyk xəbərlərlə mübarizə, pandemiya dövründə jurnalistika və jurnalistlərin şəxsi təhlükəsizliyi məsələləri müzakirə olunacaq. Sonuncu mövzu, xüsusən də bu yaxınlarda Kəlbəcər bölgəsində tank əleyhinə minanın partlaması nəticəsində azərbaycanlı jurnalistlərin həlak olması faciəsi fonunda xüsusilə aktualdır.
Almaniyanın federal kansleri Angela Merkelin videoçıxışı gözlənilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:11]
Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir
- 14.10.2026 [11:47]
Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]