BOŞ YERƏ YANDIRILAN QAZ BENZİNƏ ÇEVRİLƏCƏK
Bakının neftayırma müəssisələrində emal zamanı katalitik-krekinq qurğusunda əmələ gələn və əsas hissəsi boş yerə məşəl kimi yandırılan qazdan bundan sonra benzin hazırlanacaqdır.
İqtisadi və ekoloji baxımdan çox əhəmiyyətli olan bu yenilik barədə AzərTac-ın müxbirinə Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Posesləri İnstitutunda məlumat vermişlər.
İntitutun alimləri və “Azərneftyanacaq” İstehsalat Birliyi mütəxəssislərinin birgə səyi nəticəsində həmin qazdan laboratoriya şəraitində çox yüksək oktanlı benzin, eyni zamanda dizel yanacağı alınmışdır. Bu uğurlu elmi nəticəni istehsala tətbiq etmək üçün yeni qurğunun tikilməsi barədə məsləhətləşmələr aparılır. Qurğunun işə düşməsi isə həm böyük iqtisadi səmərə, həm də tüstüsüz, zəhərsiz açıq səma deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]