DÜNYA
Botsvanada dünyanın ikinci ən böyük almazı nümayiş etdirilib
Bakı, 22 aprel, AZƏRTAC
Botsvanada dünyanın ən böyük “Ümid almazı”ndan sonra karatına görə ikinci “Okavango Blue” almazı nümayiş etdirilib. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, almaz ölkənin Qaborone şəhərindəki dövlətə məxsus Okavanqo Almaz Şirkətində təqdim olunub. Ölçüsü 41.11 karat olan bu nadir daş ölkənin mədənlərində indiyədək tapılan ən qiymətli almazdır.
Ekspertlər bildirirlər ki, Hindistanda tapılmış və hazırda Vaşinqtondakı Milli Təbiətşünaslıq Muzeyində nümayiş etdirilən 45,52 karatlıq “Ümid almazı” kimi, bu almaz da “mavi daş” tipindədir. “Okavango Blue” nun ondan üstünlüyü isə daha şəffaf olmasıdır. O, Amerika Gemologikal İnstitutu tərəfindən ən parlaq və təmiz almaz kimi qiymətləndirilib. Okavanqo Almaz Şirkətinin icraçı direktoru Markus Haar bildirib ki, yeni almazın rəngləri insanı valeh etməklə yanaşı, o birilərindən öz çalarları ilə fərqlənir. O, bu almazı Süd yolu qalaktikasındakı ulduzlara bənzədib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]