Böyük Britaniya, Bolqarıstan və Ukrayna İrana qarşı olan müharibəyə qoşulmayacaq
Bakı, 2 avqust, AZƏRTAC
Böyük Britaniya, Bolqarıstan və Ukrayna İrana müharibəyə qoşulmayacaqlarını elan edib.
AZƏRTAC "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai deyib.
Onun sözlərinə görə, Omanda davam edən müzakirələrin Hörmüz boğazından keçən və nə şimal, nə də cənub marşrutu olan bir tranzit marşrutunu əhatə etdiyini bildirib.
“Hörmüz boğazının açılması Omanda apardığımız danışıqlardan ayrı bir məsələdir, çünki boğazın bağlanması ABŞ-nin öz öhdəliklərini pozmasına görə baş verib”, — deyə Baqai qeyd edib.
Baqai həmçinin əlavə edib ki, son 24 saat ərzində Böyük Britaniya, Bolqarıstan və Ukraynadan zənglər daxil olub və onlar İrana qarşı müharibənin tərkib hissəsi olmayacaqlarını bəyan ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]