BÖYÜK BRİTANİYA PARLAMENTİ ÖZƏL KLUBLARDA VƏ PİVƏXANALARDA SİQARET ÇƏKMƏYİ QADAĞAN ETMİŞDİR
Səhiyyə naziri Patrisiya Hyuitt bildirmişdir ki, hökumətin fikrincə, bu tədbir 600 min nəfərə siqareti tərgitməyə imkan verəcək və milyonlarla adamı passiv siqaret çəkməkdən qoruyacaqdır.
Bununla yanaşı, Nazirlər Kabineti ictimai və qapalı yerlərdə siqaret çəkməyə qadağanın pozulmasına görə cərimənin indiki məbləğini 200 funt sterlinqdən 2,5 min funt sterlinqədək artırmağı nəzərdə tutur. Qadağanedici elan asmaq istəməyən klub, restoran və pivəxana sahibləri isə min funt sterlinq məbləğində cərimələnəcəklər.
Əslində, hökumət tibbi dairələrin və nikotinlə mübarizə təşkilatlarının təzyiqi altında güzəştə getmişdir, çünki əvvəlcə qadağanı yemək verilməyən klublara və pivəxanalara şamil etmək niyyətində deyildi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]