Böyük Britaniya Ukraynaya 600 milyon funt-sterlinqdən çox yardım paketi elan edib
London, 11 sentyabr, AZƏRTAC
ABŞ Dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Kiyevə səfərləri çərçivəsində Ukraynaya yeni yardım paketi təqdim edib.
AZƏRTAC Britaniya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Devid Lemmi Ukraynaya 600 milyon funt-sterlinqdən çox dəstək vəsaiti ayrıldığını elan edib.
Bildirilib ki, yardım paketinə Britaniyanın Ukraynaya 242 milyon funt-sterlinq məbləğində maliyyə yardımı daxildir. Qeyd olunub ki, Ukraynanın iqtisadi sabitliyini gücləndirmək üçün ilin sonuna qədər Dünya Bankının kreditləri üçün 484 milyon dollar dəyərində kredit zəmanətləri də təqdim ediləcək.
Britaniyalı nazir ölkəsinin Ukraynaya dəstəyinin sarsılmaz olduğunu vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]