Böyük Britaniya və Cənubi Koreya ticarət sazişi imzalayıb
London, 16 dekabr, AZƏRTAC
Böyük Britaniya və Cənubi Koreya arasında yeni ticarət sazişi yekunlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, saziş çərçivəsində Böyük Britaniyanın bir sıra əsas sahələri, o cümlədən əczaçılıq sənayesi, avtomobil istehsalı, spirtli içkilər sektoru və maliyyə xidmətləri üstünlüklər əldə edəcək. Razılaşma mövcud tarifsiz ticarət rejiminin əksər mal və xidmətlər üzrə uzadılmasını nəzərdə tutur.
Bu, Leyboristlər hökumətinin Avropa İttifaqı, ABŞ və Hindistanla əldə etdiyi razılaşmalardan sonra imzaladığı dördüncü ticarət sazişidir. Həmin razılaşmaların indiyədək Böyük Britaniya iqtisadiyyatına ciddi təsir göstərmədiyi qeyd olunur.
Son illərdə Cənubi Koreya mədəniyyəti xüsusilə musiqi, kosmetika və qida məhsulları Böyük Britaniyada daha geniş populyarlıq qazanıb. Ticarət naziri Kris Braynt Londonda yerləşən “Samsung” şirkətinin mağazasında Cənubi koreyalı həmkarı Yeo Han-ku ilə birlikdə sazişin imzalandığını elan edib.
Qeyd edək ki, Böyük Britaniyanın Cənubi Koreya ilə əvvəlki ticarət sazişinin müddəti 2026-cı ilin yanvarında başa çatmalı idi. Yeni razılaşma isə tariflərin artırılması riskindən qoruyaraq Böyük Britaniyanın 2 milyard funt sterlinqlik ixracının təhlükəsizliyini təmin edəcək.
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]