BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ İRLANDİYANIN KRALİÇASI ÜLYAHƏZRƏT II ELİZABETƏ
Ülyahəzrət,
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərə böyük əhəmiyyət veririk. Əminəm ki, dostluq və əməkdaşlığımız bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 may 2007-ci il.