Böyük Britaniyada güclü qar səbəbindən məktəblər bağlanıb, təyyarə və qatar reysləri ləğv edilib
London, 5 yanvar, AZƏRTAC
Böyük Britaniyada güclü qarın yağması və buzlaşmanın qeydə alınması səbəbindən yüzlərlə məktəb bağlanıb, hava və dəmir yolu nəqliyyatında ciddi problemlər yaranıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Şotlandiya, Uels və Şimali İrlandiyanın müxtəlif bölgələrində məktəblər fəaliyyətini dayandırıb, minlərlə şagird Milad tətilindən sonra dərsə gələ bilməyib. Qarlı hava şəraiti hava nəqliyyatına da təsir göstərib, “Liverpool John Lennon Airport”un uçuş-enmə zolağı müvəqqəti bağlanıb, “Aberdin” və “İnverness” hava limanlarında bir sıra reyslər ləğv edilib. Dəmir yolu xətlərində də gecikmələr və qatarların hərəkətinin dayandırılması halları qeydə alınıb.
Şotlandiyanın şimal bölgələrində qarın daha intensiv yağması ilə əlaqədar narıncı xəbərdarlıq qüvvədədir. İngiltərənin, Uelsin və Şimali İrlandiyanın bəzi əraziləri üçün isə qar və buzlaşma ilə əlaqədar sarı xəbərdarlıq elan olunub.
Proqnoza görə, Şotlandiyanın bəzi bölgələrində ilin ilk həftəsində temperaturun sıfır dərəcədən yuxarı qalxması gözlənilmir. Həftə ərzində İngiltərə və Uelsin bəzi hissələrində yenidən qar yağması istisna edilmir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]
Odessa sahillərində 15 ölü delfin aşkarlanıb
- 09.06.2026 [11:26]
Çində avtomobil satışları kəskin azalıb
- 09.06.2026 [11:21]
Qəzza zolağına keçid məntəqələrinin fəaliyyəti bərpa olunub
- 09.06.2026 [11:04]
İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir
- 09.06.2026 [11:04]
Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]