Böyük Britaniyada koronavirus səbəbindən ölənlərin sayı 7 min nəfəri ötdü
Bakı, 8 aprel, AZƏRTAC
Böyük Britaniyada koronavirusa yoluxanların sayı 60 min nəfəri, ölənlərin sayı isə 7 min nəfəri ötüb.
AZƏRTAC Dünya Səhiyyə Təşkilatının saytına istinadla xəbər verir ki, Böyük Britaniyada yeni koronavirusa son sutka ərzində 5 min 491 nəfər yoluxub, 938 nəfər isə COVID-19 xəstəliyi səbəbindən həyatını itirib. Beləliklə, Birləşmiş Krallıqda virusa yoluxanların sayı 60 min 733 nəfərə, ölənlərin sayı isə 7 min 97 nəfərə çatıb. Ölkənin Baş Naziri Boris Conson iki gündür bu xəstəlikdən reanimasiyada müalicə alır.
Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Bakı vaxtı ilə saat 21:00-a olan məlumata əsasən, artıq dünyada 1 milyon 478 mindən çox yoluxma və 86 min 744 ölüm faktı qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]