Böyük Britaniyada PUA istehsalı zavodu açılacaq
Bakı, 16 sentyabr, AZƏRTAC
Böyük Britaniya hökuməti Suindonda yeni pilotsuz uçuş aparatlarının istehsalı zavodunun açıldığını elan edib.
AZƏRTAC xəbər verir ki, 2026-cı ildə açılacaq zavod Portuqaliyanın “Tekever” şirkəti tərəfindən tikiləcək və bu, Böyük Britaniyada onun dördüncü müəssisəsi olacaqdır.
Müdafiə naziri Con Hilinin sözlərinə görə, zavodun açılışı ilk dəfə olaraq Böyük Britaniyaya AR5 dronlarının əsas istehsalını qurmağa imkan verəcək, həmçinin mövcud AR3 istehsalatın gücünü artıracaq.
Suindon uzun müddət ölkənin müdafiəsində mühüm rol oynayıb, çünki burada İkinci Dünya müharibəsi zamanı “Supermarine Spitfire” qırıcı təyyarəsi istehsal edilib.
“Tekever”in yeni platformasında həm də Kral Hərbi-Hava Qüvvələri üçün “StormShroud” sisteminin istehsalı da qurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]