Böyük Britaniyanın “The Times” qəzeti Azərbaycan səfirinin məqaləsini dərc etmişdir
Bakı, 18 may (AZƏRTAC). Böyük Britaniyanın nüfuzlu “The Times” qəzetinin 18 may tarixli nömrəsində Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində qazandığı möhtəşəm qələbə ilə bağlı səfir Fəxrəddin Qurbanovun məqaləsi dərc edilmişdir.
Məqalədə 2011-ci ilin Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə zənginliyi, bu baxımdan mötəbər müsabiqədəki qələbənin müstəqilliyinin 20-ci ildönümünü qeyd edən ölkəmiz üçün layiqli hədiyyə olduğu vurğulanır.
Azərbaycanın dini və mədəni dözümlülüyünə görə bütün dünyada tanınmış ölkə olduğunu vurğulayan diplomat aparıcı dinlərə mənsub icmaların ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşadığını qeyd etmişdir.
Səfir, həmçinin məqalənin sonunda “Eurovision” müsabiqəsinin Böyük Britaniyadan olan tamaşaçılarını 2012-ci ildə Bakıda keçiriləcək yarışmaya dəvət edir və ümidvar olduğunu bildirir ki, bu hadisə ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:44]
Hacı İsmayılov: Şarovskinin özünəməxsus yeri var idi
- 09.09.2026 [18:29]
Loğman Kərimov: Aleksandr Şarovski bütün varlığı ilə teatra bağlı idi
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]