Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilmişdir
Bakı, 6 may (AZƏRTAC). Faşizm üzərində qələbənin 66-cı ildönümü ərəfəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) məsul əməkdaşları müharibə veteranları ilə görüşmüşlər.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, mayın 6-da Respublika Veteranlar Şurasında keçirilən görüşdə Böyük Vətən müharibəsində qələbənin qazanılmasında layiqli xidməti olmuş cəsur döyüşçülərimizin rəşadətindən ətraflı danışılmış, onların keçdiyi ömür yolunun gənclərimiz üçün örnək olduğu vurğulanmışdır.
Çıxış edənlər ölkəmizdə ön və arxa cəbhə veteranlarına, onların ailələrinə dövlətin göstərdiyi qayğını yüksək qiymətləndirmişlər. Böyük Vətən müharibəsi veteranları bundan sonra da gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində fəal iştirak edəcəklərini bildirmişlər.
Sonda veteranlara gül dəstələri və qiymətli hədiyyələr təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]