İQTİSADİYYAT
BP gənc sahibkarlara dəstək verib
![](/files/galleryphoto/2023/3/1200x630/16969415524057010347_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16969415523442856835_1200x630.jpg)
Samux, 10 oktyabr, AZƏRTAC
BP və tərəfdaşları Biznesin inkubasiyası modelinin tətbiqi vasitəsilə kənd yerlərində gənc sahibkarlara dəstək verib.
AZƏRTAC xəbər verir ki, layihənin birinci mərhələsinə 205 min 50, ikinci mərhələsinə 495 min 285 manat məbləğində vəsait ayrılıb.
Qeyd edək ki, birinci mərhələdə Samux, Goranboy və Şəmkirdən seçilmiş 30 gəncə biznes qurulması və idarə edilməsi qaydaları üzrə təlim keçirilib. İki benefisiarın birgə biznes planı da daxil olmaqla, 29 biznes plan işlənərək hazırlanıb. Bütün benefisiarlar biznes planlarına uyğun olaraq lazımi avadanlıqlarla təchiz edilib, o cümlədən 3 gözəllik salonu, 1 təkər təmiri məntəqəsi, 1 avtomobil təmiri məntəqəsi, foto və video studiyası, 1 kompüter kursu, 4 ev təmiri və bina tikintisi ofisi, 1 pərakəndə satış mağazası, 1 arıxana, 17 heyvandarlıq təsərrüfatı avadanlıqla təmin edilib.
İkinci mərhələdə 65 benefisiar biznesin qurulması və idarəedilməsi qaydaları üzrə təlim keçib. Hazırda biznes planları əsasında 65 iştirakçıya avadanlıq və digər materiallarla dəstək hər benefisiar üçün 4 min manat dəyərindədir. Əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən seçilmiş 25 nəfər həmin təlimlərdə iştirak edəcək.