İQTİSADİYYAT
bp-nin üçüncü rübdə mənfəəti 2,3 milyard dollara qədər azalıb
Bakı, 29 oktyabr, AZƏRTAC
bp-nin üçüncü rübdə mənfəəti 30 faiz azalaraq 2,3 milyard dollar olub.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu nəticə dörd il ərzində qeydə alınan ən aşağı səviyyədir.
Bildirilib ki, mənfəətin azalması qlobal iqtisadi fəaliyyətin yavaşlaması ilə əlaqədardır.
Şirkətin xalis mənfəəti üçüncü rübdə 2,27 milyard dollar olub. Bu göstərici əvvəlki rübdə 2,8 milyard dollar, ötən ilin eyni dövründə isə 3,3 milyard dollar səviyyəsində olub.