bp ŞİRKƏTİNDƏ İKİNCİ RÜBÜN YEKUNLARINA DAİR MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
D.Vudvord bildirdi ki, bu ilin ilk 6 ayında “Çıraq”, “Mərkəzi Azəri” və “Qərbi Azəri” platformalarından birlikdə gündə orta hesabla 411 min barrel neft hasil edilmişdir. 2006-cı il üçün neft hasilatı üzrə proqnoz 448 min barreldir, o cümlədən “Çıraq” platformasından gündə orta hesabla 141 min barrel, “Mərkəzi Azəri”dən 226 min barrel və “Qərbi Azəri”dən 81 min barreldir.
Məlumat verildi ki, Səngəçal terminalının gündəlik ümumi texnoloji emal gücü 450.000 barreldən 800.000 barrelə çatdırılmış, texnoloji emal olunmuş neftin Səngəçal terminalından, dəmir yolu da daxil olmaqla, mövcud marşrutlar ilə ixracı davam etmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Ceyhan terminalına nəql edilmiş neftdən 9 tanker Avropa bazarlarına yola salınmışdır.
“Mərkəzi Azəri” və “Qərbi Azəri” platformalarından hasil olunan səmt qazı hazırda 28 düymlük yeni sualtı qaz kəməri ilə Səngəçal terminalına gətirilir və buradan terminalın qaz texnoloji emal obyektlərini “Azəriqaz” şəbəkəsi sisteminə birləşdirən yeni qaz kəməri ilə ölkəmizə təhvil verilir.
2006-cı ilin 6 ayında Səngəçal terminalından Azərbaycana 930 milyon standart kubmetr qaz təhvil verilmişdir.
Qeyd edildi ki, “Dərinsulu Günəşli” (Faza 3) layihəsində bu ilin əvvəlindən bəri nəzərdə tutulduğundan artıq (60 faiz) irəliləyiş əldə edilmişdir. Qazma, texnoloji təchizat və yaşayış platformasının (QTTY) üst modullarının ölkə daxilində quraşdırılması 55 faiz tamamlanmış, bu platforma üçün ölkə xaricində quraşdırılan yaşayış blokları və qazma qurğuları İsveç və Hollandiyadan gətirilmişdir.
AÇG Faza 1 layihəsinin başlanğıcından bəri “İsrafil Hüseynov” borudüzən barjı vasitəsilə ümumi uzunluğu 900 kilometr olan 18 sualtı boru kəməri çəkilmiş, proqramın sonuna qədər ümumi uzunluğu 1000 kilometr olan 21 boru kəmərinin quraşdırılması da başa çatdırılacaqdır. Səngəçal terminalındakı BTC baş nasos stansiyasının Faza 2 hissəsi də istismar əməliyyatlarına təhvil verilmişdir. BTC-nin baş nasos stansiyası AÇG Faza 2 obyektlərindən gələn neftin hamısının qəbul edilməsi üçün artıq hazırdır.
İndi burada 2200-dən artıq adam çalışır ki, onların 75 faizi yerli vətəndaşlardır. Bu işçilərin təxminən yarısı Qaradağ rayonunun tikinti sahəsinin qonşuluğunda olan kənd və qəsəbələrinin sakinləridir.
BTC-nin tamamlanması və boru kəmərinin neftlə doldurulması işləri bu ilin başlanğıcından bəri ardıcıl şəkildə irəliləmiş, ötən dövrdə 2006-cı il üçün planlaşdırılmış işlərə 735 milyon dollar sərf edilmişdir. Bu rəqəmə boru kəmərinin doldurulması xərcləri və maliyyələşdirmə xərcləri də daxildir.
Şirkətin rəhbəri dedi ki, “Şahdəniz” qaz və kondensat işlənməsi layihəsi üzrə tikinti işləri 2006-cı ilin əvvəlindən bəri cədvələ uyğun irəliləmiş, 1-ci mərhələ üzrə tikinti işləri 100 faiz tamamlanmışdır.
Layihəyə 6 ayda bu il üçün nəzərdə tutulmuş 865 milyon dollarlıq əsaslı xərclər büdcəsinin 568 milyon dolları xərclənmişdir.
Layihə üzrə ilk qaz 3-cü rübün sonunadək dünya bazarına çatdırılacaqdır.
Şahdəniz sualtı boru kəmərlərinin çəkilməsi proqramı da uğurla başa çatmışdır. Hər birinin uzunluğu 90 kilometr olan üç boru kəməri – 26 düymlük qaz, 12 düymlük kondensat və 4 düymlük monoetilen qlikol kəməri çəkilmişdir.
D.Vudvord diqqətə çatdırdı ki, Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan hissəsinin inşası da başa çatmış, kəmər Tbilisiyə qədər qazla doldurulmuşdur. Hazırda Türkiyə sərhədinə qədər olan hissədə son sınaq işləri görülür.
Natiq sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit məsələlərinə şirkətdə xüsusi diqqət göstərildiyini vurğulayaraq dedi ki, 17 milyon adam-saat iş yerinə yetirilmişdir.
Sosial sərmayə layihələrinə “Azəri-Günəşli-Çıraq” üzrə 557 min, BTC/CQBK marşrutu boyunca 1304 min, Şahdəniz üzrə 85 min ABŞ dolları sərf edilmişdir.
Yerli işçi heyətinin sayı bp şirkəti üzrə 1679 nəfər, podratçılar vasitəsilə görülən işlərə isə 10 min nəfər cəlb edilmişdir.
2006-cı ildə görüləcək digər işlər barədə də ətraflı məlumat verilmişdir.
D.Vudvord və ayrı-ayrı layihələrin rəhbərləri jurnalistlərin suallarını cavablandırdılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]
Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər
- 14.10.2026 [21:48]
Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?
- 14.10.2026 [21:38]
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO
- 14.10.2026 [21:38]
İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb
- 14.10.2026 [21:21]
Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır
- 14.10.2026 [21:20]
Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi
- 14.10.2026 [20:39]
Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir
- 14.10.2026 [20:33]
Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub
- 14.10.2026 [20:30]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:22]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [20:20]
Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub
- 14.10.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [20:00]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [19:57]
YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib
- 14.10.2026 [19:41]
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
- 14.10.2026 [19:29]
Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib
- 14.10.2026 [19:24]
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO
- 14.10.2026 [19:08]
Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO
- 14.10.2026 [19:04]
ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq
- 14.10.2026 [19:03]
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [19:02]
AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 14.10.2026 [18:58]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:56]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [18:55]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [18:44]
Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur
- 14.10.2026 [18:35]
Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir
- 14.10.2026 [18:30]