Bratislavada Azərbaycanın Respublika Gününə həsr olunmuş fotosərgi açılmışdır
Bratislava, 18 may (AZƏRTAC). Bratislavada 28 May - Respublika Gününə həsr olunmuş fotosərgi açılmışdır.
Azərbaycanın Slovakiyadakı fəxri konsulluğu və bu ölkənin Mədəniyyət Nazirliyinin birgə təşkil etdikləri “Azərbaycan slovak fotoqraf Mixal Vanekin gözü ilə” adlı sərginin açılış mərasimi mayın 17-də Slovakiya Mədəniyyət Nazirliyinin “Dövlət zalı”nda keçirilmişdir.
Sərgidə tanınmış slovakiyalı fotoqraf Mixal Vanekin Azərbaycana səfərləri zamanı obyektivin yaddaşına köçürdüyü fotolardan seçmələr nümayiş etdirilir.
Sərginin açılış mərasimində Azərbaycanın Slovakiyadakı fəxri konsulu Cəlal Qasımov və Slovakiya Mədəniyyət Nazirliyinin dövlət katibi Nataliya Çehlarikova çıxış etmişlər. Natiqlər Azərbaycan və Slovakiya arasında əlaqələrin inkişafına toxunmuş, bu kimi sərgilərin slovak ictimaiyyətində ölkəmiz haqqında təsəvvürlərin genişlənməsinə şərait yaradacağını qeyd etmişlər.
Mərasimdə Azərbaycanın turizm imkanlarından bəhs edən filmlər nümayiş etdirilmiş, xüsusi stenddə isə Azərbaycan haqqında mühüm məlumatlar slovak və ingilis dillərində təqdim olunmuşdur.
Tədbirdə Slovakiya ictimaiyyətinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, həmçinin Bratislavada yaşayan soydaşlarımız iştirak etmişlər.
Sərgi mayın 29-dək davam edəcəkdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]

