Braziliya 2034-cü ilədək neft hasilatını 47 faiz artırmağı planlaşdırır
Bakı, 16 avqust, AZƏRTAC
Braziliya 2034-cü ilədək neft hasilatını artırmağı planlaşdırır. Ölkədə gündəlik 4,4 barel neft hasil ediləcək ki, bu da 2023-cü ildəki göstəricidən 47 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Braziliyanın Mədən və Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin hesablamalarına görə, 2034-cü ilə qədər ümumi təbii qaz hasilatı sutkada 315 milyon kubmetr təşkil edəcək ki, bu da 2023-cü illə müqayisədə iki dəfə çoxdur. Eyni zamanda, gündəlik hasilat zirvəsi 316 milyon kubmetrdir və onun 2031-ci ildə əldə edilməsi planlaşdırılır. 2034-cü ilə qədər xalis qaz hasilatı (satış üçün, texnoloji ehtiyaclar üçün istifadə olunan qaz istisna olmaqla) gündəlik 134 milyon kubmetr təşkil edəcək.
Eyni zamanda, neftin (76 faiz) və qazın (80 faiz) əsas hasilat həcmi şelfin duzaltı zonasında yerləşən yataqlardan hasil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]