Braziliya jurnalında Xəzər dənizinin hüquqi statusundan bəhs edən məqalə dərc olunub
Madrid, 5 yanvar, AZƏRTAC
Braziliyanın Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin jurnalında Xəzər dənizinin hüquqi statusundan bəhs edən məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Dəniz, yoxsa göl? Xəzərin statusunun qeyri-müəyyənlik dövrü başa çatmaq üzrədir” sərlövhəli analitik məqalədə müəllif Rodriqo Montero de Karvalyo Xəzərin hüquqi statusu ilə bağlı son danışıqlar haqqında yazır. O, dekabrın əvvəlində Moskvada baş tutan danışıqlardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nikbin bəyanatını qeyd edir və yekun razılaşmanın 2018-ci ilin ilk yarısında imzalanacağının gözlənilən olduğunu bildirir.
Xəzərin karbohidrogen resurslarından söz açılan məqalədə hələ XIX əsrin ikinci yarısından başlayaraq Bakıda neft sənayesinin inkişaf etdiyi oxucuların diqqətinə çatdırılır. Sovet İttifaqının süqutundan sonra Xəzərdəki neft yataqlarını Qərb şirkətlərinin üzünə açan ilk ölkənin məhz Azərbaycan olduğunu qeyd edən müəllif “Əsrin müqaviləsi” haqqında geniş məlumat verir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [10:06]
Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
- 07.10.2026 [00:11]