Braziliyada iki qatarın toqquşması nəticəsində ölən və yaralananlar var
Bakı, 28 fevral, AZƏRTAC
Braziliyanın Rio-de-Janeyro şəhərində iki şəhərətrafı sərnişin qatarının toqquşması nəticəsində ən azı 1 nəfər ölüb, 8 sərnişin yaralanıb.
AZƏRTAC “The Rio Times” saytına istinadla xəbər verir ki, qəza Rio-de-Janeyro şəhərinin şimal zonasında yerləşən San Kristovan stansiyasında baş verib. İnsident nəticəsində həlak olan şəxs qatarlardan birinin maşinistidir.
Qatarların məxsus olduğu “SupeVia” şirkəti ölən maşinistin ailəsinə başsağlığı verib və təzminat vəd edib. Qəzanın dispetçerin səhvi ucbatından baş verdiyi bildirilir.
Rio-de-Janeyro polisi insidentlə bağlı cinayət işi qaldırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]