Braziliyada İsa Məsihin yeni heykəli inşa olunur
Bakı, 12 aprel, AZƏRTAC
Braziliyanın Enkantado şəhərində inşa edilən İsa Məsihin yeni heykəli Rio-de-Janeyrodakı məşhur abidədən (postamenti ilə birgə 38 metr) hündür olacaq.
AZƏRTAC BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, yeni abidənin hündürlüyü postamenti ilə birgə 43 metrdir ki, bu da onu İsa Məsihin dünyadakı üçüncü ən hündür heykəli edəcək. O, bu göstəriciyə görə yalnız peyğəmbərin İndoneziyadakı (52,55 metr) və Polşadakı (52,5 metr) heykəllərindən geri qalacaq. Abidənin daxilində turistləri 40 metr hündürlükdə yerləşən müşahidə meydançasına çıxarmaq üçün lift quraşdırılacaq.
Heykəlin tikintisi 2019-cu ildə başlayıb. Aprel ayının əvvəlində abidənin əlləri və başı quraşdırılıb. İsa Məsihin yeni heykəlinin ucaldılması ideyası Enkantado şəhərinin mart ayında COVID-19 infeksiyası səbəbindən vəfat edən meri Adroaldo Konzattiyə məxsusdur.
Layihənin bu il başa çatacağı gözlənilir. Tikinti işlərinə Məsihin Dostları Assosiasiyası və sabiq merin oğlu Hilson Konzatti rəhbərlik edir. Abidənin inşası fərdi şəxslərin və kompaniyaların ianəsi hesabına maliyyələşir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]