Braziliyalı alim ADNSU-da “Elmi məqalələrin yazılma qaydaları” haqqında təqdimatla çıxış edib
Bakı, 8 iyun, AZƏRTAC
Braziliyanın Campinas Dövlət Universitetinin qida elmləri üzrə doktoru Amin Mousavi Khaneghah Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kimya-texnologiya fakültəsinin üzvi maddələr və yüksək molekullu birləşmələrin texnologiyası kafedrasında “Elmi məqalələrin yazılma qaydaları” ilə bağlı seminar keçib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, kafedra əməkdaşlarının və magistrantların iştirak etdikləri seminarda təqdimatla çıxış edən alim elmi-tədqiqat işlərinin, eləcə də elmi məqalələrin yazılma qaydaları, əsas müddəalar və mövzuların işlənmə prinsipi haqqında, həmçinin qida təhlükəsizliyi və qablaşdırılması, qida qanunvericiliyi barədə ətraflı məlumat verib.
Sonra suallar cavablandırılıb.