Britaniya hava limanlarında texniki nasazlıq: Yüzlərlə reys gecikir
London, 8 sentyabr, AZƏRTAC
Böyük Britaniyanın hava hərəkətinə nəzarət sistemində yaranan texniki nasazlıq səbəbindən ölkə üzrə bir sıra hava limanlarında reyslərin hərəkətində ciddi gecikmələr yaranıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Hitrou və Qatvik də daxil olmaqla hava limanlarında sərnişinlər uçuşların gecikməsi ilə üzləşiblər. Bildirilir ki, texniki problem səbəbindən təyyarələrin təhlükəsiz şəkildə havaya qalxması mümkün olmadığından uçuşlara məhdudiyyət tətbiq edilib.
Böyük Britaniyanın Milli Hava Hərəkətinə Nəzarət Xidməti (NATS) texniki problemi araşdırdığını açıqlayıb.
Qurum yaranmış gecikmələrə görə sərnişinlərdən üzr istəyib və onlara uçuşlarının statusunu aviaşirkətlərlə dəqiqləşdirməyi tövsiyə edib.
Hitrou hava limanı da hava hərəkətinə nəzarət xidmətində yaranmış texniki problemin Böyük Britaniya hava limanlarından həyata keçirilən uçuşlara təsir etdiyini bildirib. Aeroportun məlumatına görə, hazırda ölkəyə eniş edən reyslərə texniki problem təsir göstərmir. Hitrou rəhbərliyi problemin mümkün qədər tez aradan qaldırılması üçün NATS komandası ilə əməkdaşlıq etdiyini açıqlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [20:50]
Sudanda PUA hücumu nəticəsində 13 nəfər ölüb
- 08.09.2026 [20:16]
Zelenski və Tramp arasında görüşə dair razılıq əldə edilib
- 08.09.2026 [20:02]
Rumıniyada PUA təhlükəsi elan edilib, F-18 qırıcıları havaya qaldırılıb
- 08.09.2026 [19:59]
İsrail Britaniyanın Qüdsdəki baş konsulluğunu bağlayacağını açıqlayıb
- 08.09.2026 [18:07]
Sudanda səhiyyə sisteminin çökmək təhlükəsi ilə üzləşdiyi açıqlanıb
- 08.09.2026 [18:02]
Tbilisidə Orta Dəhliz və regional əməkdaşlıq məsələləri müzakirə olunub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Yağışlı Bakıdan FOTOLAR
- [18:02]
AZAL Ciddəyə uçuşları bərpa edir
- [16:18]