BRİTANİYA TAXT-TACİNİN VARİSİ ŞAHZADƏ ÇARLZ İRANA GƏLMİŞDİR
AZƏRTAC-ın Tehrandan aldığı xəbərə gorə, fevralın 9-da şahzadə Çarlz İrana gəlmişdir. İran radiosunun verdiyi məlumatda bildirilir ki, “onun səfəri humanist xarakter daşıyır və siyasətə heç bir dəxli yoxdur.”
Şahzadə Çarlz ötən il dekabrın 26-da 43 mindən çox insanın həyatına son qoymuş zəlzələnin dağıtdığı Bəm şəhərində olacaq, İran prezidenti Məhəmməd Xatəmi ilə görüşəcəkdir.